Samstag, 20. September 2014

Qara badımcan murabbası

Qara badımcan murabbası


Qara badımcan murabbası (reçeli) bütün Türk milletində yayılmış olan bir murabbadı (reçeldi).

Not: Demeliyem ki,  bu murabbanı (reçeli) bə'zən bə'zi yerlərdə badımcanı bir gecə əvvəldən sönmüş kireç (əhəng) suyuna yatırdırlar və sonra yaxşıca yuyurlar.Mən kiraç (əhəng) kullanmadım.

Qara badımcan murabbası (reçeli) üçün lazım olanlar:

40 dənə qara badımcan (patlıcan) (5-6 sm uzunluqda)
0,5 yemək qaşığı zəy (Alaun- SAP)
Şərbet üçün:
2 kq şəkər tozu
5 lt su
1 çay qaşığı lumu duzu (limon duzu)
1 dənə dilimlənmiş lumu (limon)

Ayrıca:
Bir dolca (kova) su və 3 - 4 qaşıq duz

hazırlanması:


Qara badımcanlar incə bir şəkildə soyulur.Bicakla bas tərəfi çarpaz şəkildə bir az kəsilir və badımcanlar bir neçə yerindən bıçaqla dəlinir.

Sonra bir dolça (kova) icinde duzlu suya atilir.
2-3 saat saxlayırlar və sonra badımcanları yaxşıca bol  su ilə yuyurlar.


Bir qazanda bol su qaynadılır və qara badımcanlar  zəyi (SAB) qaynayan suya atıb 20 dəqiqə qaynadırlar.


Qaynadıldıqdan sonra badımcanlar süzgəcdə süzülüb və təkrar bir dolça soyuk su içinə alınırki soyusun.
Soyudulan qara badımcanlar əllə hafif sıxılır və qara suyu çıxarılır ..

Sonra şərbəti hazırlanır

Bir böyük qazana 5 litirə su və 2 kq şəkər tozu artırılar və qaynamağa başladığı zaman sıxılmış qara badımcanlar içinə artırılır (əlavə edilir). 

10 -15 dəqiqə qaynadıkdan sonra 1 çay qaşığı lumu duzu (limon duzu) artırılır (əlavə edilir).

1 saat yarım  kaynadıkdan sonra və bişdikdən sonra limon dilimlenir bişən qara  badımcana artırılır və 5-10 dəqiqə qaynadılır.


Isti isti kavanozlara doldurulur.

Siner Olsun 








1 Kommentar: