Mittwoch, 22. April 2015

Pəxlə plovu maçayla (paxla plov - bakla pilavı incikle)

Pəxlə plovu maçayla

Güney azərbaycan yemeklərindən - Pəxlə plovu maçayla


lazım olanlar:
800- 900 qram Maça (incik)
500 qram Pəxlə (paxla - bakla)
250 qram doğranmış Şüvüd (dere otu)
600 qram Düyü (pirinç) - basmati düyüsü
1-2 baş soğan, soyulmuş və incə doğranmış
50 qram duz (tuz)(3 - 4 yemək qaşığı),
2 yemək qaşığı rub (paste - salça),
lazım olan qədər dəmlənmiş zəfəran(safran), 
lazım olan qədər  yağ
lazım olan qədər Duz (tuz)

Qazmaq (kazmak) üçün:
4 dənə soyulmuş və yarım sm dilimlənmiş doğranmış yeralma (kartof-patates) (və ya lavaş yada Yuxada ola bilər)

Hazırlanması:


İlk öncə süzmə plovu hazırlamaq üçün düyü arıdılır və bir gün əvvəl (və ya 8-9 saat) islağa qoyulur. Bunun üçün 600 qram düyüyə 2 litr su və 50 - 60 qram duz götürülür. (Düyü duzlu suda saxlandığı zaman əzilmir.)


Zəfəranın  üzərinə 1 çay bardağı (istəkan) ılıq su töküb  1 -2 saat isladıb və ağzını örtərik. 


Pəxləni  (paxla - bakla) soyub doğrayırıq.


Şüyüdü yuyub (yıkarız) incə-incə doğrayırıq.

1- 2 Soğanı doğrayıb,bir qazana lazım olan qədər yağ töküb, maçayla birgə tovlayarıq, maçanın rəngi dəyişib soğanın ağırlığı alındıqdan sonra biraz ılıq su, rubbu (paste - salça) töküb vam odda bişirərik (az derecede). (bişən sudan biraz qalmalıdır)

Hazır olan bişmiş maçanı və onun biraz qalan suyuna zəfəranı da artırarıq və maça ilə sosun qarışmasına izin verib sonra ocağın üstündən götürərik.

Plovu hazırlamaq üçün böyük bir dibi qalın ağır qazan  (tencere) götürün.Aşağı -yuxarı 2 -2,5 litr su tökün.
Su qaynamaya başladığında düyünün suyunu süzüb qaynayan suya düyünü və pəxləni (paxlanı) suya töküb qarışdırın.


Bir qədər qaynadıqdan sonra düyüdən qaşıqla götürüb iki barmaq arasında əzilir. Əgər düyünün içi az da olsa əzilirsə, düyü süzülür.

Süzmə plovlar bir qayda olaraq, qazmaqla hazırlanır. Qazanın içinə yeterincə yağ qoyub əridin.Dibinə dilimlenmiş yeralma (və ya lavaş ya da yuxa  ola biler) sonra bir lay(kat) düyü,bir lay(kat) şüyüd tökərik,beləliklə lay (kat) ba lay(kat) bu işi davam edərik.


Düyünün üzəri üçün kərə yağı(tereyağı) ərintin və islatdığınız zəfəranlı suyu erimiş kərə yağına artırın və bu qarışımı düyünün üzərində gəzdirib üstünü qazan dəmliyi (DƏMBUĞ) və ya təmiz bir dəsmal (bez) ilə örtün. Vam odda (az dercede) dəmə qoyun. Təxminən yarım saatdan sonra qazanın qapağını açıb düyünün dik durması ilə düyünün bişib-bişmədiyini məsini öyrənə bilərsiniz.
İstədiyimiz qaba töküb bəzəyin və süfrəyə verə bilərsiniz.






















Keine Kommentare:

Kommentar veröffentlichen