Sonntag, 7. Dezember 2014

Təbriz Kələm Dolması

Təbriz Kələm Dolması

Bu,Güney Azərbaycanda bişirilən kələm dolmasının bir növüdür.

Kələm Dolması -  Not: Dolmalıq kələm seçəndə eləsini seçin ki, yarpaqları bir-birinə sıx olmasın. Bu cür kələmin yarpaqlarını zədələmədən bir-birindən ayırmaq asan olur.

Içi üçün: 

1 baş kələm (Lahana)-(bir kilo yarımlıq), 
150 qram ətirli düyü (pirinç)-(1 fincan), 
300 qram çəkilmiş qoyun və ya mal əti, və ya ikisinin qarışığı (çox yağsız olmasın), 
80 qram ləpə (Noxud Ləpəsi-Nohutun kırılmışı)-(½ fincan), 
1 dənə orta baş soğan – xırda-xırda doğrayın, 
2 tatlı(şirini) qaşığı Sumaq (Sumak), 
2 tatlı (şirini) qaşığı Narşərab (Nar rubbu- Nar salçası), 
1 tatlı (şirini) qaşığı sarıkök (Zerdeçal), 
lazımı qədər zəfəran,duz və istiot. 
lazımı qədər Su.

Sirkəşirə üçün: 
150 ml üzüm sirkəsi(1 fincan), 
4 yemək qaşıqı şəkər, 
lazımı qədər zəfəran, 
lazımı qədər su.

Dolmanın hazırlaması: 

Düyünü yuduqdan sonra ılık suda 1-2 saatlıq islağa qoyuruq.


Öncədən islanmış ləpəni bişirin və bişdikdən sonra suyunu süzgəçlə süzərik.

Soğanı xırda-xırda doğrayıb bir tavada yağda qızardırıq.

Əti soğana qatib suyu çəkilənə qədər qızardırıq,

Sonra sarıkök (Zerdeçal), zəfəran, istiot, narşərab (Nar rubbu- Nar salçası), sumaq və duz artırın.

Suyu süzülmüş düyü və ləpəni ətə artirib, yaxşıca qarışdırıb iki fincan su töküb bişirəndən sonra soyumaqa quyuruq.

İri qazanda su qaynadın. İçinə 2 çay qaşığı duz atın və yarım çay bardağı sirkə artırın.

Kələmi bu suda pörtlədin (haşlayın), bir az yumuşalsın, amma bişməsin. Sonra isə sudan çıxardırıq və yarpaqlarını ayırırıq.

Kələmin hər bir yarpağının orta zoğunu kəsin.Yarpaqlar iridirsə, ikiyə bölün.


 
Hər yarpağın ortasına təxminən 1 yemək qaşığı dolu iç qoyun. Yarpağın kənarlarını içəriyə doğru qatlayın, sonra dolma şəklində bükün.


Dolmaları sıra ilə qazana yığın.

Bir boş qabda 1-2 bardaq qaynar su, sirkə, zəfəran və şekeri həll (karışdırın) edin və dolmaların üstünə tökün. 

Qazandakı su dolmaların yarısına qədər gəlməlidir. Əgər yetərincə  su yoxdursa, onda bir az da su artırın (əlave edin). Dolmaların üstünə ya duru(zeytun yağı) yağ tökün ya da tikələrə bölünmüş kərə (tereyağı) yağı qoyun. Dolmaların üstünə qab (tabak) qoyun ki, dolmalar bişdikləri müddət açılmasın, kip qalsınlar. Qazanın qapağını örtün. Dolmanı orta odda (orta dercede) bişirin.

Nuş olsun!


Diqqət: Zövqə görə sirkə-şirədən vaz keçilə bilər Sirkə-şirədən vaz keçdikdə dolmaya kavar ( sozi),ceferi, şüyüd az da telxun və yemək eduvası(baharatı) artıra bilinər 
Bəziləri sosdan (rubb və su qarışığından) dolmanın üzərinə istifadə edirlər.




















Keine Kommentare:

Kommentar veröffentlichen