Donnerstag, 25. Dezember 2014

Aypara Qurabiyəsi

Aypara Qurabiyəsi 

Aypara Qurabiyəsi - Alman Qurabiyəsi (Vanillekipferl)


lazım olanlar:
250 qram un 
picaq ucunda  qabartma tozu 
125 qram şəkər 
1paket vanilyalı şəkər 
3 dənə yumrta sarısı 
200 qram kərə ( tereyağı)
125 qram badam tozu

Qurabiyələrin üstü üçün:
100 qram pudra şəkər  
4 paket vanilyalı şəkər 

Hazırlanması:


Un, şəkər, kiçik (küçük) parçalara kəsilmiş kərəni (tereyağını) və badam tozu xəmir halinə gətirərik.


Xəmiri dört eyni parcaya bölüb və bir rulo kimi edərik
Hazırlanan ruloları  1saat boyunca soyuducuda (buzdolabında) gözlətərik (bekletiriz).

Bir saatdan sonra rulonun birini soyuducudan (buzdolabınan) cıxardıb və bu rulodan 1 sm qalınlığında parçalar kəsib,Aypara (hilal) şəkli  verərik.

Qeyd edək ki, fırını , öncədən 160 °C dərəcəsi ilə qızdırmalıyıq.

Fırın qabına (məcməyisinə-tepsisine) yağlı kağızı sərib və hazırlanan ayparaları (hilalleri) düzərik.

Qurabiyə olan qabı fırının orta yerinə (təbəqəsinə-katına) yerləşdirərik.

Qurabiyələr 12-15 dəqiqə üzəri qızılı rəngə çevirilənə qədər fırında qalmalıdır.

VANILYA ve pudra şəkəri bir qabda  qarışdırarıq.
Fırından cıxan isti (sıcak) qurabiyələrin üzərinə (üstünə) ələrik




Soyuduqdan sonra servisə hazırdır.
 "NUŞ OLSUN"











Keine Kommentare:

Kommentar veröffentlichen