Mittwoch, 18. Februar 2015

Qaşqayı (Kaşkayı) - Lay Plov

Lay Plov


Qaşqayı Türkləri — İranın güney-doğu, əsasən Fars ostanında yaşayan Türk elat tayfasıdır. 

(Kaşkayılar, Güneydoğu İran'ın Fars eyaletinde, özellikle Şiraz çevresinde yaşayan ve hele ağırlıklı olarak göçebe bir Türk halkıdır. Azerbaycan Türklerinden sonra İran'daki en qalabalık Türk grubudur.
Göç rotaları yazın Şiraz'ın yaylaları (yaylak) ile qışın Basra Körfezinin ovaları (kışlak) arasındaki 480 - 1.000 km'lik bir alandır.)


Sonntag, 8. Februar 2015

Təbriz Qablısı

Təbriz Qablısı


Güney Azərbaycan yeməklərindən
Təbriz Qablısı

Lazım olanlar:
330 qram düyü(pirinç),
160 qaram iri plovluq yarma (pilavlık bulgur)
80 qram doğranmış plov əriştəsi (erişte) 
150 qram mərcimək (yeşil mercimek)
3 baş soğan (kuru soğan)
2 çay qaşığı sarıkök (zerdeçal tozu),
lazım olan qədər yağ və duz (tuz).

Qablının üstünə lazım olanlar:
Pişmiş maça əti(kuzu incik),
16 dənə xurma, 
10-15 dənə quru ərik (kuru kayısı),
2 baş soğan,
sarıyağ(kere yağı),
2 yemək qaşığı dəmlənmiş zəfəran (demlenmiş safran).

hazırlanması:


Əvvəlcə mərciməyi təmizləyib yuduqdan sonra yumuşalanadək pişirib, suyunu süzgəcdə süzün ve kənara qoyun.



Soğanları iri- iri doğrayıb yağda yaxşı qızardıb,yumuşalana qədər dəvam edərik.


Sarıkökü artırıb yenə də qarışdırmaya dəvam edərik. (o qədər ki soğan yanmasın və sarıkökün rəngi dəyişməsin).


Düyü və yarmanı yuvub yağ soğana artırıb,həmən arxasından pişmiş mərciməyi də artırarıq.


3 bardaq su və duzu artırıb ocağın odunu (ateşini) orta edərik,ocağın altı gür olursa su tez buxar olar və vam(az) olursa duyu xəmir olar o üzdən ocağın altını orta edərik.
Qarışım birbirinə yapışmasın diyə arada bir qarışdırarıq.


Əriştəni yuvub sonra qarışıma  artırarıq, qovurulmuş əriştə şor(çok tuzlu) olar ona görə yuyulduğu zaman şorluğu(tuzluluğu) alınır.

Qablının suyu çəkildikdən sonra , düyünün üstünə yağ gəzdirərik və dəmliyini üstünə qoyub düyünü dəmə qoyarıq.
Plov dən den(tane tane) çıxsın və birbirinə yapışmasın diyə düyü dəmləndikdən sonra 10 dəqiqə qazanın qapağın açmamalıyık .


Plovun üstünün hazırlanması:

Soğanı doğrayıb yağda yaxşıca qızardarık.
Soğanın rəngi biraz dəyişdikdən sonra qurudulmuş ərik, demlenmiş zəfəran və xurmanı yağa töküb tov verərik.


Eti öncədən pişirdikdən sonra  zəfəranı artırarıq.


Hazırladığımız qablını istədiyimiz qaba çəkib və üstünə hazırladığımız qarışımla bəzərik.


Not*
*Bu yeməkdə ət və zəfəranın olması gərək deyil,bu yemək rəngini sarıkökdən alır.
*Bu yemək üçün sarıyağ (kere yağı)daha yaxşıdır.
*Üstünə bəzən kişmiş də işlənir, əlbəttə üstünün hazırlanmasına da çoxlu gərək yoxdur, deməliyik tam zövqə bağlıdır.





















Sonntag, 1. Februar 2015