Lay Plov
Qaşqayı Türkləri — İranın güney-doğu, əsasən Fars ostanında yaşayan Türk elat tayfasıdır.
(Kaşkayılar, Güneydoğu İran'ın Fars eyaletinde, özellikle Şiraz çevresinde yaşayan ve hele ağırlıklı olarak göçebe bir Türk halkıdır. Azerbaycan Türklerinden sonra İran'daki en qalabalık Türk grubudur.
Göç rotaları yazın Şiraz'ın yaylaları (yaylak) ile qışın Basra Körfezinin ovaları (kışlak) arasındaki 480 - 1.000 km'lik bir alandır.)
Lay Plov (Kat Pilav)
lazım olanlar:
450 qram düyü (pirinç)- basmati düyüsü,
250 qram qoyun qiyməsi (kıyma),
500 qram qoyun əti – tikələrə doğranmış (quşbaşı),
2 iri baş soğan, soyulmuş və incə rendəlenmiş
2 baş halga doğranmış soğan,
1 fincan kişmiş (üzüm kurusu),
1/2 fincan çərdəksiz gilanar qurusu (çekirdeksiz vişne kurusu),
1 fincan noxud unu (nohut unu),
1 çay bardağı cəviz ləpəsi (ince doğranmış ceviz) (qoz - girdekán),
1 yumurta,
50 qram duz (tuz)(3 yemək qaşığı),
2 yemək qaşığı nar rubbu (nar paste-nar salçası),
2 çay qaşığı sarıkök (zerdeçal tozu),
lazım olan qədər düyü əduvası (pilav baharatı),
lazım olan qədər dəmlənmiş zəfəran(safran), İstiot (karabiber), yağ və duz (tuz).
Qazmaq üçün:
4 dənə soyulmuş və yarım sm dilimlenmiş doğranmış yeralma (kartof-patates)
Hazırlanması:
İlk öncə süzmə plovu hazırlamaq üçün düyü arıdılır və bir gün əvvəl (və ya 8-9 saat) islağa qoyulur. Bunun üçün 450 qram düyüyə 2 litr su və 50 qram duz götürülür. (Düyü duzlu suda saxlandığı zaman əzilmir.)
Zəfəranın üzərinə 1 çay bardağı (stəkan) ilıq su töküb 1 -2 saat isladın və ağzını örtün.
2 baş halga halga doğranmış soğanı tavaya töküb, qızılı rəngdə olana qədər qovururuq.
Qoyun ətini orta tikələrə doğrarıq (quşbaşı),vam odda pişirin və kenara qoyun galsın.
Sonra iki dənə soğanı rəndələyin.Buna 250 qram qiymə, istoyot, 2 çay qaşığı sarıkök (zerdeçal tozu),1 fincan noxud unu (nohut unu),1 yumurta və duz vurub qarışdırılır.Sonra balaca(küçük) küftəciklər hazırlanaraq yağ içində vam odda (az dercede) qızardılır.
Sonra qızarmış küftəciklərə 2 yemək qaşığı nar rubbu (nar paste-nar salcası) və yarım çay bardağı su artırın buraxın vam odda pişsin.
Küftəciklər pişdikden sonra qarışımın içinə 1 çay bardağı cəviz ləpəsi (ince doğranmış ceviz) (qoz - girdekán), yağda qızarmış soğanı, 1 fincan kişmiş (üzüm kurusu), pişmiş qoyun ətini və yarım fincan cərdəksiz gilanar qurusu (çekirdeksiz vişne kurusu) artırın buraxın biraz daha pişsin. Pişdikden sonra qoyun kenarda galsın.
Plovu hazırlamaq üçün böyük bir dibi qalın ağır qazan götürün.Aşağı yuxarı 2 -2,5 litr su tökün.Su qaynamaya başladığında düyünün suyunu süzüb qaynayan suya tökün.
Bir qədər qaynadıqdan sonra düyüdən qaşıqla götürülüb iki barmaq arasında əzilir. Əgər düyünün içi az da olsa əzilirsə, düyü süzülür.
Süzmə plovlar bir qayda olaraq, qazmaqla hazırlanır.
Qazanın içinə yetericə yağ qoyub əridin.Dibinə dilimlenmiş yeralma (və ya lavaş yada Yuxada ola biler) qoyub üzərinə süzülmüş düyü yarısını yavaş-yavaş qazana tökülür.
Sonra düyü üzərinə lazım olan qədər düyü əduvası (pvilav baharatı) tökürük.
Bişmiş düyüdən az tökürük və üzərinə ət qarışımıni tökürük.
Yenə düyü əlavə edib üstünə düyü əduvası (pilav baharatı) tökürük.
Düyünün üzəri üçün kərə yağı(tereyağı) ərintin və islatdığınız zəfəranlı suyu erimiş kərə yağına artırın və bu qarışımı düyünün üzərində gəzdirib üstünü qazan dəmliyi (DƏMBUĞ) və ya təmiz bir dəsmal ilə örtün. Vam odda (az dercede) dəmə qoyun.
Düyünün bişməsini təxminən yarım saatdan sonra qazanın qapağını açıb bişib bişmədiyini düyünün dik durması ilə öyrənə bilərsiniz.
Boşqaba qoyarkən dibinin qazmağı ilə birlikdə servis edin.
Sinsin.
Keine Kommentare:
Kommentar veröffentlichen