Sonntag, 1. Februar 2015

Marağa baslığı

Marağa  baslığı


Marağa  baslığı



Lazım  olanlar:
200 qram şəkər (toz şeker),
100 qram nişasta (buğda nişastası),
2 bardaq  soyuk su,
50 ml gül suyu,                         
1çay qaşığı kərə yağı (tereyağı),
100 qram narqil tozu(kokos -hindistan cevizi),                
Lazım olana qədər cəviz (girdəkan-qoz),


Hazırlanması:


Bir qazanda nişasta  və  suyu qarışdırırıq.
Qarışımı  ocağın üstündə  vam  odla (az hərarətlə - az derecede)  sürəkli  qarışdırıb şəkəri, gül suyunu da  artırıb və bərkiyənə qeder qarışdırmağa  davam edirik.


Biraz  bərkiyib  qaynayandan sonra  kərə yağını da artırıb,qarışımı qazanın  ortasına  yığılana  qədər  qarışdırarıq.

Sonra bu bərkimiş qarışımı kenara qoyun soyusun.


Soyudukdan sonra  düz  bir  yerə  narqil  tozu (Kokos -Hindistan cevizi)  tökərik , sonra  soyumuş  qarışımı  üstünə  töküb  yayarıq.
Yaydığımız  nişasta  qarışımının  ortasına  cəvizi  düzüb  və  onu  rulet  kimi  bükərik.


Ruleti 1 saat  soyuducuda (buzdolabında)  saxlayıb 1 saatdan  sonra soyuducudan (buzdolabından) cıxardıb piçaqla halqa (Halka) şəkilində  kəsərik.



Cəviz böyüklükdə  qarışımdan götürüb,narqil tozu  gəzdirib yumuru (yuvarlak -girdə)  və ya  sevdiyiniz  şəkilə çıxardıb  üstünü cəviz ilə  bəzərik.


Hazır  olduqdan sonra sevdiyimiz qabda  servis edərik.


Not:
*Baslıq xam dadı verməsin diyə,nişasta və şəkər qarışımı  yetərincə isti ( hərarət ) görməsi lazımdır.












Keine Kommentare:

Kommentar veröffentlichen