Montag, 4. Mai 2015

Buğda Aşı (Hədik Aşı)

Zəngan şəhərinin Buğda Aşı (Hədik Aşı) 


Zəngan şəhərinin Buğda Aşı (Hədik Aşı)
Bu aş bir neçə üsulla hazırlanır və Zənqan şəhərinə aid olan bir aşdır.



Lazım olanlar:
1 kq iri doğranmış İspanaq (İspanak),
125 qram Noxud (nohut),
125 qram mərcimək (Mərci -mercimek),
125 qaram çiti lobiyə (çiti maş - barbunya),
200 qram buğda (buğday),
4-5 baş Soğan,
1 yemək qaşığı sarıkök tozu (zerdeçal tozu),
lazım olan qədər yağ,
lazım olan qədər duz və qırmızı bibər tozu,
2 qaşıq un,
1 litr Süd (sut),
1 litr qaynamış su.

Üstünün bəzəyi (süsü) üçün:
2 baş Soğan,
2-3 yemək qaşığı quru nanə (kuru nane),
lazım olan qədər yağ.

Hazırlanması :



Bir gecə öncədən noxud və lobiyə suda isladılır ve bir neçə defe də suyu dəyişilir ki, hem daha tez bişsin, hem de yeyildiyi zaman köp vermesin.

Aşı hazırlamak üçün hər şeydən öncə hazırladığımız noxud, lobiyə və mərciməyi suda bişiririk. Bu aşın düyüsü(pirinçi) olmadığına görə, ləvinləri (noxud, lobiyə və ...) luğablanması üçün yaxşı bişrməmiz lazım.


Bu arada buğdanı təmizləyib, yuvub(yıkarız), ayrı qabda yarım gün öncədən suda isladarıq və sonunda 1 litirə süd ilə pişirərik.

Soğanları doğrayıb uyqun bir qazanda,yağda qızardarıq.

Sonra qızarmış soğanın üstünə sarıkökü (zerdeçal tozu), bişmiş lobiyəni (çiti maş - barbunya),mərciməyi, bibər tozunu artırıb və yetəri qədər isti su (sıcak su) tökərik (1 litrə) və qaynamağa qoyuruq.

Su bir neçə dəqiqə qaynadıqdan sonra, süddə bişmiş buğdanı da artırarıq.

Yenə bir neçə dəqiqə oçağın vamında (az dercede) qaynamasına izin verdikdən sonra doğranmış ispanağı və duzu qazana tökürük.

Bu aşın luğabı daha çox olsun diyə, 2 qaşıq unu,bir bardaq soyuq suda açıb aşı 15 dəqiqə oçaq üstündən götürmədən öncə qazana tökərik. Bu aşın hazırlanması 30-40 dəqiqə arasıdır.


Üstünün bəzəyi(süsü )üçün soğanı incə- incə doğrayıb, lazım olan qədər yağda qızardıq.


sonra aşınızı kasaya tökün və qızardılmış soğan və nanə ilə üzərini bəzəyin. 

“Nuş olsun”

















1 Kommentar:

  1. Salamlar!
    Sizin çox gözəl və dadlı bloqunuz var.
    Mənim sizə bir neçə bu yazını mövzusuilə bağlı olmayan sualım var.
    1) cortan nədir : süzülmüş ayran yoxsa süzülmüş və qaynadılmış ayran?
    2) kaşk və cortan eyni məhsuldır?
    3) qara gurut nədir və necə hazırlanır?
    4) duğ ayrandır?

    AntwortenLöschen