Freitag, 15. August 2014

Fındıq - Şokolat -Tort (Alman Tort)

Fındıq - Şokolat -Tort (Alman Tort)
Fındıq - Şokolat -Tort (Alman Tort)
(Tort:Keyk)

Lazım olanlar:

200 qram fındıq tozu (2 istəkan)
250 qram kərə yağı
6 yumurta
250 qram şəkər tozu (1 istəkan)
120 qram un (1 istəkan)
2 çay qaşığı qabartma tozu ( yarım paket)
100 qram qara şokolat (şokolatınız olmazsa o zaman Yarım istəkan kakao tozu işlədə bilərsiniz)

Üst bəzəyi üçün:
100 qram əridilmiş qara şokolat
50 qram ağ  şokolat

Hazırlanma Qaydası:

Bir qabda un və qabartma tozunu qarışdırın.

Ayrı İri qabda kərə və şəkər tozunu mikserlə çalırıq (rəngi bir qədər açılmalıdır).

yumurtların 3 denesini şəkər və kərəli qarışıma (kütləyə) töküb qarışdırın.

Unlu qarışığı yarısını bu qarışıma (kütləyə) töküb qarışdırın.

Qalan 3 yumutanıda və en son qalan unu bu qarışıma (kütləyə) qatın qarışdırın .


Qara şoklatı rendləyin və bu qarışıma (kütləyə) qatın.


 Fındıq tozu əlavə edib qarışdırın.


Diametri 26 sm olan keyk qabı götürüb kərə yağı ilə yaxşı yağlayırıq.
Xəmiri buraya boşaldıb yayın.

Fırını 180C də qızdırın.

Qalıbı (Formanı) fırının orta gözünə yerləşdirib tortu təxminən 30-45 dəqiqə pişirin

Hazır tort (keyk) içinə  cöp basıb çıxartdığınızda  cöp quru çıxırsa,tort hazırdır.

Ayrı qazanda su qaynadın. şokolatlı kasanı və ya qazanı su qaynayan qazanın üstünə yerləşdirin.
Su üstdəki qaba dəyməməlidir. Su qaynamağa davam etsin, siz isə üstdəki kasadakı qarışımı qarışdırın ki, ərisin


Tort soyulduqdan sonra eridilmiş sokolatla üstünü bəzəyin. 
"Nuş olsun"






Keine Kommentare:

Kommentar veröffentlichen