Mittwoch, 27. August 2014

Ərdəbil Lətifə şirnisi

Lətifə şirnisi
Ərdəbil Lətifə şirnisi(tatlısı) 

lazım olanlar:

140 qram Un        
4 dənə Yumurta
100 qram Şəkər    
1/2 çay qaşığı Vanil            
1 çay qaşığı Qabartma tozu (Pekin pudr)
Şəkər pudrası (şəkər kirşanı-nisar) lazım olana qədər

İçlik üçün:
200 qram soyuq qaymaq  
80 qram şəkər pudrası (kirşanı-nisar)

Üst bəzəyi üçün:
püstə

Hazırlanma Qaydası:

öncəlik yumurtanın sarısı və ağını ayırarıq.


yumurtanın ağını 2 dəqiqə yanı biraz bərkiyənə (sert olmak) qədər çalarıq,

sonra şəkərimizdən 50 qram ona əlavə edib qabarana qədər çalarıq. 

yumurtanın sarısını, şəkəri,vanili bir qaba töküb,həcmi artsın diyə öncə mikserin yavaş dərəcəsində çalarıq sonra dərəcəsini artırıb sürətli dərəcədə çalarıq.

çalınmış yumurtaların sarısını,ağa əlavə edib,yavaş bir qaşıqla yuvuarlaq halətində qarışdırarıq ki yumurtanın ağının qabarması (pofu) aradan getməsin.

sonra qarışımız (məlzəməmizin) hamar olması üçün,un və qabartma tozu (Pekin pudr) əlkdən keçirərik qaşıqla yuvuarlaq halətində qarışdırarıq.

Fırını 180C də qızdırın.

fırının qabına (mejmehisinə) yağlı kağaz sərib, sadə qıf ilə xəmirimizi kiçik yuvarlaq şəkildə töküb,

şirnilərin (tatlıların) üstünə şəkər pudrası (kirşanı-nisar) sərpib və 10 dəqiqə fırına qoyarıq. (o qədər ki şirniləri (tatlıların) qırağı biraz saralana tək).

Bişdikdən sonra fırından çıxardıb,sərinləməsinə (soymasına) izin verərik.

İçlik üçün:

İri qabda 200 qram qaymaq,80 qram şəkər pudrası (kirşanı-nisar) mikserlə kütlə bərkiyənədək çırparıq.

şirnilərin (tatlıların) bir denesini alıb qaymaq çəkin və üstünü başaka şirini ilə qabatın və püstə ilə bəzərik. 

Bu qarışımdan 20 dənə  lətifə sirnisi çıxır, hər şirninin 80 kalorisi var. 
"Nuş olsun"








Keine Kommentare:

Kommentar veröffentlichen