Zoğal Aşı
Zoğal Aşı (zoğal əxtə) (kızılcık aşı)
(Kəleybər-Qardağ yeməklərindən)
Bu aş,turş (ekşi) sevənlər üçün uyğun bir aşdır,deməliyəm bu yemək vitamin ilə doludur,çox rahatda hazırlanır.
(Azərbaycan Türkcesi- Zoğal,Türkiyə Türkcesi - Kızılcık, Almanca -Kornelkirsche, İnglizce-Cornus mas)
Lazım olanlar:
1kilo Quru Zoğal əxtə (məndə quru zoğal yoxdu diyə yaş işledim)
3 baş Soğan
200 qram doğranmış keşniş,
150 qram doğranmış cəfəri,
150 qram doğranmış şüyüd,
200 qram Aş əriştəsi (riştəsi) (xam),
200 qaram Çil maş (lobiyə) (1 stəkan),
lazım olan miqdar duz və qırmızı bibər tozu
Hazırlanması:
Bir gün öncədən quru zoğalı yuyub və suda isladarıq,sonra zoğalı pişirib suyunu süzgəcdə süzüb,çərdəyi olursa ayırıb,əzərik.Zoğalımızdan iki ovuc da bütün saxlarıq.
Çil maşımızı da (lobiyə)bir gün öncə isladıb,aşı pişirməmişdən öncə də onu bir başqa qazanda pişirərik və suyunu süzgəcdə süzüb,bir kənəra qoyarıq.
Soğanı soyun və incə doğrayın.Bir qazanda soğanı yağda qızardarıq,ama yarı xam
, yarı qızarmış olması bu aş üçün yaxşıdır,bəzi xanımlar da narın soğan seçib bütün yağda qızardarlar.
Sonra su qaynadıb qazana qızarmış soğanın üstüne əlavə edərik,
əzilmiş zoğalı,pişmiş maşı,doğranmış tərəni (təccrəni), bir də duz və bibəri də əlavə edib və izin verərik aşın içindəkilər pişsin.Sonra iki ovuc quru zoğalı da yuyub aşın içinə tökərik.
En sonunda əriştəni də doğrayıb aşımıza qatıb,ocağımızı vama ayarlarıq və öz dilimiz izin verərik yeməyimiz özünü tapsın, sonra sevdiyimiz qaba töküb,servis üçün hazırdır.
"Nuş olsun"
Keine Kommentare:
Kommentar veröffentlichen