Sonntag, 11. Januar 2015

Təbriz tatlısı (şirnisi) Luka (Luqa )

Luka (Luqa)


Təbriz ərməğanı “ Luka - Luqa”



Lazım olanlar:
2 vərəq  Mikado çörəyi (Petek -Gofret -vafli- Waffle)
400 qram Şəkər
250 ml Duru qolokoz (Duru Qlükoza-Glukoz)
50 qram Bal
75 ml Su
1/8 çay qaşığı Vanil
2 dənə Yumurta ağı
75 qram Kərə yağı (tereyağı)  - əridib bir az soyudun
300 qram Cəviz (girdəkan-qoz)

Hazırlanması:


Bir qabda yumurtanın ağını mikserlə ağarana kimi yaxşıca çalırıq ve kənara qoyarıq.


Şəkər,duru qolokozu,su və bal bir qazana artırıb ocağın üstünə qoyub Ocağın odunu (dərcəsini) orta şəkilə ayarlarıq. Əldə etdiyimiz qarışımın qaynamasını gözlərik.

5 dəqiqə qaynamasına izin verərik. ( Istisi 130 °C dərəcəyə gələnə qədər)


Qarışım hazırlanandan həmən sonra mikserlə yumurta ağını yaxşı qarışdırıb  qarışımı(şirə) ona az az artırıb (əlavə edib) və qarışdırmaya dəvam edərik durmadan, şirə sinənə qədər (həll olmaq) və qatı olana qədər qarışdırarıq elə ki öz şəkilin əldə etsin.


Şirə və yumurta ağı qarışdıqdan sonra kərə yağını  və Cəviz artırarıq.


Sonra , çox tez (hızlıca)  hazırladığımız qalıba töküb yağlı bir kardla qalıba yaxşı yayarıq obiri mikado çörəyini üstünə sərərib çörək yapışsın diyə əlimizlə biraz basarıq (fişar verərik).

Qalıbı otaq havasın da qoyub luka sərinləsin diyə gözləyib sonra 2 sm - 4 sm enliliyində kardı ilə kəsib sevdiyimiz qabda servs edərik.
“Nuş olsun”


























Keine Kommentare:

Kommentar veröffentlichen