Mittwoch, 28. Januar 2015

Kəklikotu aşı (Kekik aşı)

Kəklikotu aşı (Kekik aşı)


Güney Azərbaycan yeməkləri
(Qardağ  yeməklərindən)
Kəklikotu aşı (Kekik aşı)
Qaradağda bu aş çox vaxtlar güz (Payız -Sonbahar) və qışda bişirilər.Kəklikotu bitkisindən istifadə olunmasına görə istilik yeməklərindən sayılır.




Lazım olanlar:
150 qram  zoğal əxtə( quru zoğal-kızılcık Kurusu)-məndə quru zoğal yoxdu diyə yaş işledirem,
2  baş soğan,                          
200 qram xam aş əriştəsi (riştə- kavrulmamış erişte),
200 qaram çiti lobiyə (çiti maş - barbunya),
3 yemək qaşığı quru kəklikotu(kəhlikotu-kekik kurusu),
1 yemək qaşığı sarıkök tozu (zerdeçal tozu),
 ət suyu(işkənə - et suyu) lazimli qədər,
duz və qırmızı bibər tozu lazimli qədər.

Hazırlanması:

Bir gün öncədən quru zoğalı (kızılcığı) yuyub və suda isladarıq,sonra  suyunu süzgəcdə süzüb,çəkirdəyi olursa ayırıb kenara qoyun.


Çiti lobiyəmizidə (çiti maş - barbunya)bir gün öncə isladıb,aşı pişirməmişdən öncə də onu bir başqa qazanda pişirərik və suyunu süzgəcdə süzüb,bir kənəra qoyarıq.


Soğanı soyun və incə doğrayın.Bir qazanda  soğanı yağda qızardarıq.


Sonra qızarmış soğanın üstüne ət suyu, sarıkökü (zerdeçal tozu),pişmiş lobiyəni (çiti maş - barbunya), duz və bibəri tozunu də  artırarıq və qoyarık qaynasın.


Sonra quru zoğalı (Kızılcık Kurusu) aşın içinə tökərik.
En sonunda  əriştəni də  doğrayıb aşımıza qatıb,ocağımızı vama ayarlarıq və  öz dilimiz izin verərik yeməyimiz özünü tapsın, sonra sevdiyimiz qaba töküb servis üçün  hazırdır.
















1 Kommentar: