Samstag, 16. Mai 2015

Alça xuruşu (Əlçə -Can erik ) (qara-karışımı)

Alça xuruşu (Əlçə -Can erik ) 
(qara-karışımı)



Alça xuruşu (Əlçə -Can erik )
(qara-karışımı)
Bu yemək türü, çox rahat hazırlanan və yay -yaz yeməyi, plovla servis olunur və Güney Azərbaycanın hər bir şəhər ya da bölgələrində fərqili yöntəm ilə hazırlanır.




lazım olanlar:
500 qram Alça (əlçə- can erik),
500 qram doğranmış Ət,
1baş Soğan,
3 yemək qaşığı doğranmış Nanə və Cəfəri (maydanoz),
2 yemək qaşığı Yağ,
1 yemək qaşığı Rub (tomat-salça),
2 çay qaşığı sarıkök tozu (zerdeçal tozu),
gərəkdiyi  qədər Duz, Bibər.

Hazırlanması:


Soğanı  incə doğrayıb, lazım olan qədər yağda qızardarıq. Doğranmış  ətimizi soğanda tovlayıb  sarıkök,bibər tozu və rubbu artırıb qarışdırmaya davam edərik.


2 bardaq ( və ya gərəkdiyi qədər) qaynar suyu qazanımıza artırıb, soğanla ətin bişməsinə zaman tanıyarıq.


Bu aşamada alçaları (əlçələri) qazana artırarıq.


Alçalar (əlçələr- can erikleri) bişənə qədər, doğranmış nanə ilə cəvərini yağda tovlayıb qazana artırarıq.


Xuruşun (qaranın-karışımın) suyu çəkilib və özünü tapdıqdan sonra hazırdır.


Bu yeməklə birgə hazırladığımız süzmə plov, yeyilmək üçün hazırdır.

















Keine Kommentare:

Kommentar veröffentlichen