Qara badımcan(Patlıcan) Xuruşu (qarası-karışımı)
Güney Azərbaycan Yeməklərindən
Qara badımcan(Patlıcan) Xuruşu (qarası-karışımı)
Bu xuruş başqa xuruşlar kimi, plovla yeyilir. Deməliyik ki, Qarabadımcan xuruşu gənəl olaraq Güney Azərbaycanının hər bölgəsində, amma fərqli çeşidlərdə bişirilir. Çox rahat və az zamanda bu xuruşu hazırlaya bilərsiniz. Bu yeməyin bişmə sürəsində plovu da hazırlarıq.
Lazım olanlar:
5-6 dənə orta boylu Qarabadımcan(Patlıcan),
Yarım kilo qoyun əti – orta tikələrə doğranmış,
2 baş Soğan,
2 yemək qaşığı Dəmlənmiş zəfəran ( Safran),
2 yemək qaşığı Rubb (tamat-salça),
1 çay qaşığı sarıkök tozu (zerdeçal tozu),
3-4 dənə Qırmızı badımcan (pomidor - domates),
Yarım çay stəkanı(yarım çay bardağı) qora suyu (Koruk suyu) və ya təzə Limon suyu,
Lazım olan qədər istiot (karabiber tozu),
Lazım olan qədər Duz,
Lazım olan qədər Yağ,
Lazım olan qədər qaynar su.
Hazırlanması:
Badımcanlar bir tərəfi soyulub digər tərəfi saxlanmaqla bəzəkli soyulur.Başda bütöv qalmaq şərtilə 4 hissəyə bölünür.Sanki sacaq kimi görünür.
Duzlanır, acı suyu çıxandan sonra qarabadımcanları yuyulub sıxılır.
Uyğun bir tavaya yağ salınır, orta dərəcəli odda yağ dağ olanadək qızdırılır. Əgər yağ yaxşı isinməsə qarabadımcanlar yağı tamamilə öz canına çəkəcək. Qarabadımcanların hər iki tərəfi, qızılı rəng alanadək pişirilir.
Soğanı çox incə doğrayıb ya da rəndələyib, lazım olan qədər yağda qızardarıq.
Doğranmış ətimizi soğanda tov verib və dəmlənmiş zəfəran,sarıkök,istiot və rubbu əlavə edib qarışdırmaya davam edərik.
3- 4 bardaq qaynar su qazanımıza artırıb, ətlərimizin bişməsini gözlərik.
Ət bişdikdən sonra qızarmış qarabadımcanları qazanımıza və ikiyə bölünmüş qırmızı badımcanları (pomidor - domates) düzüb, lazım olan qədər duz artırarıq.
Qarabadımcanlar ətin suyunu canına aldıqdan sonra, qora suyu (Koruk suyu) və ya təzə Limon suyu artırarıq və 10 dəqiqə xuruşun özünü tutmasına izin verərik.
Bu yeməklə birgə hazırladığımız süzmə plov, yeyilmək üçün hazırdır.
“Nuş Olsun”
*Not: *bu xuruşa istəyə bağlı limon suyu yada qora suyu da işlədə bilərsiniz. *Qarabadımcanların necə soyulması və form verilməsi tam istəyə bağlıdır.
Keine Kommentare:
Kommentar veröffentlichen