"Şəkərli Çörək - Qutab"
Bu şirni (tatlı) ,çörək türü Sava şəhərinin yemək mədəniyətinə aitdir. Şəkərli çörəyin ikramı bayramlarda, şənlik törənlərində olur.
Günеy Azərbaycanın ayrılmaz bölgəsi olan Sava
Sava (Savə) Azərbaycan Türklərinin ən qədim yurdlarından biridir. Nüfusun böyük çoxluğu Azərbaycan Türkləri olub gənəldə Xələc, Bayat, Avşar, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa Türk boyları soyundan gəlmədirlər.
Sava (savə) vilayətini 5 bölgə,729 kənd və qəsəbə oluşdurur.Savaya bağlı olan bölgələr Cəfərabad, Xarqan, Məzliqan, Zərənddən ibarətdir. Xarqan Savanın ən iri bölgəsi sayılır. Bu bölgənin gənəl sahəsi 2500 min kv-km-dir. Təkcə Xarqan bölgəsinə 200 kənd bağlıdır. Bu mahalın nüfusu 200 000 nəfərdir (kişidir)
Sava şəhərliyi Iraq bölgəsinin quzeyində 34-35 en dairəsi və 49-50 uzunluq dairəsi arasında yerləşir. Sava quzeydən Zərəndiyyə şəhərinə, doğudan Tehran bölgəsinə, güneyden Təfreş şəhərliyi və Qum bölgəsinə, qərndənsə Həmədan’a sınırlıdır.
"Şəkərli Çörək - Qutab"
Xəmir üçün:
650-700 qram un (və ya lazım olan qədər Un),
150 qram kərə (tereyağı) - əridib bir az soyudun,
3 dənə yumurta,
150 qram Yoğrut (qatıq),
1 çay qaşığı quru maya (toz maya),
1 yemək qaşığı şəkər,
1/2 çay bardağı ılıq su.
İçi üçün:
600-700 qram badam tozu və ya döyülmüş cəviz,
150 qram şəkər,
1 çay qaşığı hil (hil tozu -kakule tozu),
1/2 çay qaşığı mixək tozu (Karanfil tozu)
1 çay qaşığı darçın tozu (Tarçın tozu)
50 ml gül suyu(1/2 çay bardağı),
2 yemək qaşığı bal.
Qızartması üçün lazım olan qədər duru yağ (sivi yağ).
Üstünə sərpmək üçün lazım olan qədər toz şəkər (pudra şekeri -nisar).
Hazırlanması:
Əvvəlcə bir qabda mayanı, 1çay qaşığı şəkər tozu, biraz da ilıq su artırıb qarışdırırıq ,isti bir yerdə 15 dəqiqə acımağın gözləyirik. Biraz keçdikdən sonra şəkildəki kimi olmalıdır.
Bir dərin qabin içine yumurta,toz şəkər,yoğurt (qatıq) artırıb yaxşı qarışdırarıq (çalarıq).
Kərəni əridib soyuduqdan sonra və daha öncədən hazırladığımız xəmir mayasını da qarışıma artırarıq.
Bu aşamada unu yavaş- yavaş artırıb, yumuşaq bir xəmir əldə edirik.
Alınan xəmir çox bərk olmamalı, ama eyni zamanda da ələ yapışmamalıdır.
Xəmiri qaba qoyub üstünə dəsmal örtün və qoyun kənarda gəlsin, aşağı yuxarı 1 saat.
İçi hazırlayın.
Bunun üçün qabığı soyulmuş badamı və ya cəvizi sürtkəcli maşından keçirin və narın üyüdün.
Üydülmüş badam tozunun üstünə gül suyu, bal, toz şəkəri (pudra şekeri-nisar), hil (hil tozu -kakule tozu),mixək tozu (Karanfil tozu),darçın tozu (Tarçın tozu) artırıb qarışdırın.
Dincəlmiş xəmiri cəvizdən biraz böyük kündələrə bölün.
Kündələrın qurumaması üçün, üstlərini örtün.
Hər kündəni oxlovayla kiçik dairələr şeklinde yayın.
Hər dairənin arasına iç qoyun və dairəni yarımay şəklində bükün.
Kənarlarını bərkidin.
Sonra isə kənarlarını (qıraxlarını) əllinizlə çin -çin olaraq bükün.
Dərin bir tavada duru yağı isidip (ısıtıp) hazırladığımız içli çörəkləri qızardın, soyuduqdan sonra, toz şəkərə bürüyüb sevdiyimiz qabda süfrəyə verə bilərsiniz.
"Siner olsun"
*NOT:
* Bu xəmiri içini doldurmadan sadə, yada sevdiyimiz şəkilə çıxarda bilərik. Içsiz çörəyə yoğurtlu (qatıqlı) çörək də deyilir.
Keine Kommentare:
Kommentar veröffentlichen