Mittwoch, 1. Juli 2015

Turş Aş

Turş Aş

Güney Azərbaycan Yeməklərindən
Turş Aş
Bu tür Aş Xoy şəhərinə aid olan bir yeməkdir.



Lazım olanlar:
50 qram Yarma (bulgur),
100 qram Mərcimək,
4 dənə  Qırmızı Badımcan (pomidor -bamador-domates),
100 qram  Düyü (pirinç),
10 qram quru Reyhan(kurutulmuş fesleğen),
100 qram doğranmış kavar (sozu-kəvər), 
50 qram doğranmış cəvəri (maydanoz), 
100 qram doğranmış keşniş(Kişniş), 
50 qram doğranmış şüvüd (dereotu), 
70 qaram doğranmış ispanaq,
1bardaq qorasuyu(koruk suyu),
1baş doğranmış (böyük) Soğan,
1litr Ət yada Toyuq suyu və ya lazım olan qədər,
1yemək qaşığı Rubb (tomat-salça),
lazım olan qədər duz, istiot tozu(qara istiot-karabiber) və yağ.

Hazırlanması:


Soğanı soyun və incə doğrayın.Bir qazanda  soğanı yağda qızardarıq.


Sonra qızarmış soğanın üstünə ət suyu, yarma, mərciməyi biraz duz, istiot (qara istiot-karabiber) tozu də artırarıb qaynadarıq.


Bu dönəmdə düyünü də artırıb, yarım pişdiyində qırmızı badımcanı rəndələyib Aşımıza artırarıq.
Ocağımızı vama ayarlarıq və  öz dilimiz izin verərik yeməyimiz özünü tapsın.



Aşın içində olanlar pişdikdən sonra, quru reyhan və göyüdə (aş tərəsinidə) artırarıq.


Göy (tərə) pişdikdən sonra, rubbu və 5 dəqiqədən sonra Qorasuyunu artırıb ocağın altını söndürərik.




"Sinər olsun"


*Not:
*yaşıl noxud (bezelye) və noxud istəyə bağlı artırmaq olur.










Keine Kommentare:

Kommentar veröffentlichen