Samstag, 12. Juli 2014

Qara Badımcan və Bibər dolması

Qara Badımcan və Bibər dolması 

Dolma adından bəlli olduğu kimi bir Türk yeməyidir, hər bölgə onu öz gələnəklərinə görə dəyşik pişirirlər. Mən burada onun Təbrizdə necə pişirilməsini anladacağam . 

Qara Badımcan və Bibər dolması hazrılamaq üçün lazım olanlar:

5 dənə dolmalıq qara badımcan,
2 dənə dolmalıq bibər,
4 dənə qırmızı badımcan (pomidor).

Dolma içliyi üçün lazım olanlar:
500 qram narın doğranmış ət,
2 orta böyüklükdə baş soğan,
200 qram düyü (1istəkan),
200 qram ləpə (noxud ləpəsi) (1stəkan),
2 dənə qırmızı badımcan (pomidor),
2 çay qaşığı Yemək ədəvası (Xörək ədəvası) 2 çay qaşığı (dolu) sarıkök,
zəfəran - istəyə bağlı, zövqə görə duz ve İstiot.

Arıca:
2 istəkan Su ,
100g kərə və qara badımcanın içindən çıxardığınız ət.

Dolmanın içini hazırlamaq üçün:
Qara badımcanın acısını almaq üçün 2 yöntəm var. Birinci: içindən çıxardılann ətini bir də özünə duz səpip 1.5 saat dincəlsin, o arada su salıb acısı çıxar,yuvub bir az quruyandan sonra bişirmə işimizə dəvam edərik, ya da badımcanı duzlu suda 1.5saat saxlayıb sonra su ilə yuvub işlədərik.


-Ləpəni bişirin, bişdikdən sonra suyunu tamamilə alın. 

-düyünü bir az bişirin, bişdikdən sonra suyunu tamamilə alın. 

-2 orta baş xırda doğranmış soğanı gözəlcə yağda qızardıb əti əlavə edirik və onuda yaxşı qovururq. Narın doğranmış 2 dənə qırmızı badımcanı (pomidoru), bir az su, İstiot, sarıkök, Yemək ədəvası (Xörək ədəvası), zəfəran əlavə edin və suyunu cəkənədək yaxşı bişirin. Öncədən bişirmiş ləpə və düyünü əlavə edirik və ocaq üstündə hamısını tov veririk, ocaq üstündən götürürük. 


-Bibərlərin başını bıçaqla kəsib içini boşaldırıq. Kəsdiyiniz başı saxlayın. Badımcanları da öncə barmağımızla yumuşadıb başından yarim sant enində dilim kəsib saxlayın, sonra içini oyub çıxardırıq.

-Bibərlər və qara badımcanlarımızı doldurmaya başlıyırıq, doldurduqdan sonra hər birinin başına kəsdiyimiz parcaları qoyuruq. 



qara badımcanın içindən çıxan ətləri qazanda biraz kərə ilə qızardılır sonra qazanın dibinə döşərik


- 4 dənə qırmızı badımcanı(Pamidoru) 2 ikiye bölürük


doldurulmuş bibər, badımcanları və qırmızı badımcanı üstünə düzərik, üzərinə su dökülür. 


-bu yeməyin bişmə zamanı 1.5 saat və vam od ilədir. Su quruyub yağa düşdükdən sonra yeməyə hazır olur. Istəyə görə dolmalar yeyəndə biraz kərə vurular.

(Kədu,soğan,qırmızı badımcan ilə də dolma hazırlmaq olur,ama bərk qırmızı badımcan seçsəniz daha yaxşı olar,bəzən də bu dolmaya 1 istikən yarma da işlənir)





Not: əgər ət maşınından keçirilmiş ət işlətməyi düşünürsünüzsə, öncə soğanı yağda gözəlcə qızardıb əti əlavə edirik və onu da yaxşı qovururq, sonra bibərlər və qara badımcanlarımızı doldurmaya başlayırıq.



Keine Kommentare:

Kommentar veröffentlichen