Qurud aşı
10 kişilik Qururtlu aş üçün :
200 qram Noxud (1stəkan),
200 qaram lobiyə (1 stəkan),
100 qram Mərcimək(Mərci) (½ stəkan),
100 qram Düyü (½ stəkan),
100 qaram yarma (½ stəkan)
250 qram doğranmış cəfəri,
250 qram doğranmış kavar (kəvər) (Sozu),
250 qram doğranmış keşniş,
250 qram doğranmış ispanaq,
200 qram doğranmış Yerkökü (keşir-kök) (2 stəkan),
300 qram doğranmış kələm(3 stəkan),
200 qaram Aş riştəsi(əriştəsi) (2 stəkan),
1 iri baş Soğan
1 stəkan qurud
ət suyu, lazimli qədər
10 diş Sarımsaq (men sarımsağı, ayrı qabada serviz ederemki her insan özü isdeyine göre istifa ede bilsin diye )
Isdəyə (Zövgə) görə duz
Bəzək üçün Nanə və yağda qızardılmış soğan
Hazırlanma Qaydası:
Bir gecə öncədən noxud və lobiyə suda isladılır ve bir neçə defe də suyu dəyişilir ki , hem daha tez pişsin , hem de yeyildiyi zaman köp vermesin.
Aşı hazırlamak için hər şeydən öncə hazırladığımız noxud, lobiyə və mərciməyi suda pişirərik.
Bu arada yarmanı və düyünü ayrı qablarda 1-2 saat öncədən suda isladarıq
Soğanı doğrayıb bir qazanda qızardarıq, isladılmış yarmanı ona əlavə edib ət suyunu biraz daha elave edib yarmamızı pişirərik.
Yerkökünü (keşir-kök) incə boyda doğrayıb və doğranmış yarpaq kələmi də qazanımıza əlavə edərik, yerkökülərimiz biraz yumuşadığdan sonra
Aş tərəsini (göyünü) əlavə edib tərənin yumuşanmasına zaman veririk, tərələr (göylər) yumuşandığdan sonra
aş riştəsin (əriştəsini) artirmaliyik. Lazımlı qədər duz tökərik. Bunlarin daha qaynayıb aş kıvamına gelmesi lazımdır .
Serviz etinizdə aşın üstünü nanə, yağda qızardılmış soğan və qurdla bəzəyin.
Keine Kommentare:
Kommentar veröffentlichen