“İçli Fətir çörəyi”
Fətir çörəyi Güney Azərbaycanda qədim(eski) dönəmlərdən qalmış ərməğandır,bu çörək təndirdə hazırlanırmış, amma indi isə evlərdə olan fırınlarda da hazırlanır.Nə yazıq ki bu çörəklər unudulub və tarixlərə yazılır. Bu tarif (resept) az olmuş olsada bir daha Fətir çörəyinin xatırlatmasına yararı toxunmasının umudu ilə yazılıb və yapılıb.
Lazım olanlar:
Xəmir üçün (Hamur için):
1kilo un (yumşaq xəmır alınana qədər un),
600-650 ml süd (3 bardaq - istəkan),
150 qram kərə (tereyağı) - əridib bir az soyudun,
1 dənə yumurta,
40 qram yaş xəmir mayası,
1 çay qaşığı şəkər,
1/2 fincan ılık su,
duz lazım olan qədər.
İç üçün:
300 qram un (2 bardak - istəkan),
150 qram şəkər pudrası, (nısar -dartılmış şəkər və ya qənd narini),
150 qram kərə yağı,
1 yemək qaşığı sarıkök tozu (zerdeçal),
2- 3 çay qaşığı zəncəfil tozu (zencefil)
1/2 çay qaşığı hel tozu (Hil- kakule tozu).
Üstü (üzəri) üçün:
2 yumurta,
2 yemək qaşığı süd,
lazım olan qədər küncüt (susam),
1/2 çay qaşığı zəfəran (safran).
Hazırlanması:
Əvvəlcə içi hazırlayın.
Kərə yağını bir tavaya qoyub ocaqda əridin, yağa sarıkök, zəncəfil və hel(hil) artırın.
Əriyən yağa un tökərək yavaş yavaş qarışdıra qarışdıra qovurun.
Qızarınca şəkər tozunu (nisarı) artırın, 1dəqiqədə ocağın üstündə qarışdırıb hazırladığınız tərəyi soyumaya qoyun.
Xəmiri hazırlamaq üçün evvəlcə bir qabda mayanı 1çay qaşığı şəkər tozu, biraz da ilıq su artırıb qarışdırırıq isti bir yerdə 15 dəqigə acımağın gözləyirik, biraz keçdikdən sonra şəkildəki kimi olmalıdır.
Bir qaba unu ələyirik. Unun ortasını açırıq, sonra isə unun ortasına mayalı qarışığı,ılıq südü, yumurta, duzu və kərə yağını artırın xəmiri qarışdırıb tam həll olananadək yoğururuq.
Yumşaq xəmir olur. Xəmirin üstünə dəsmal qoyub acıması üçün üstünü örtürük. Xəmiri 1 saat isti yerdə acımağın gözlədirik.
Mayalanmış xəmirinizi yumruq böyüklüyündə kündələrə ayırın.
Sonra bu kündələri əllə bir az açaraq içinə hazırladığınız içi qoyun.
İç qoyulmuş xəmiri kündə halına salın.
Yenə əllə yayaraq üzərinə süd, zəfəran və yumurta sarısı çəngəllə qarışdırıb çörəklərin üstünə (səthinə) çörtkələ(fırça ile) çəkin.
Üstünə naxış vurub sonra isə küncüt səpin.
Fırını 170 °C 180 °C dərəcə dək qızdırın.
Çörəkləri fırının orta hissəsində 30-35 dəqiqə ərzində və yaxud üstləri yaxşı qızaranadək bişirin.
Tamam soyuduqdan sonra süfrəyə verə bilərsiniz.
Keine Kommentare:
Kommentar veröffentlichen