Toyuq Küküsü
Güney Azərbaycan yeməklərindən
Toyuq Küküsü (Tavuk Küküsü)
Bu Kükü Güney Azərbaycanda gəlinlərə pay gedən xonçalara və qonaqlıq məclislərində süfreye qoyulan bir yeməkdir.Gözəl görünən və dadına doyulmuyan kükünün hazırlanması asantdır.
Lazım olanlar:
400 qram doğranmış Toyuq döşü (Tavuk Göğsü)
200 qram doğranmış Göbələk (mantar)
3 dənə doğranmış Yeralma (kartof-patates)
3-4 yemək qaşığı dəmlənmiş zəfəran
2-3 çay qaşığı sarıkök (zerdeçal)
Lazım olan qədər Yumurta
Zövqə bağlı edviyyat (istiot-duz) (baharat)
Lazım olan qədər duru Yağ (sıvı yağ)
1baş soğan
Bəzək (süs) üçün:
Qızarmış soğan, zəriş (ziriş - sarıçalı), püstə(antep fıstığı) və badam
Hazırlanması :
Bir baş soğanı soyun və incə doğrayın.
Tavada yağı qızdırıb soğanı bir az saralanadək qızardırıq.
Toyuq döşünü doğrarıq ,
toyuq döşünü soğana qatıb (əlavə edib),biraz qızartdıqdan sonra kənara qoyarıq.
Öncədən hazırladığımız yeralmanı ,göbələyi bir tavada ayrı ayrı az yağda tov verərik, nə o qədər yanmasına, nə o qədər qızarmamasına izin verməməliyik, demək biraz yağda qızardacayıq.(əyər qızartmalarımızın yağı olduğunu düşünürsək, yağı süzsün diyə bir süzkeçə tökərik və yağı alınana qədər gözlərik)
Bir qabda yumurtaları yaxşıca çalırıq
(nə qədər yumurta lazımsa artırarıq), qarışıma duz,eduva və dəmlənmiş zəfəranı artırıb yaxşı qarışdırarıq.
sonra fırın üçün uyqun bir qaba qat qat yani(əvvəl toyuğ döşünü, sonra da yumurta qarışımını, göbələyi və yenə yumurta, yeralma, toyuğ döşünü düzüb və en son yumurta qarışımı.
Fırını 160 °C 170 °C dək qızdırın.
Sonra qoyarığ fırının orta hissəsində 25-30 dəqiqə ərzində, və yaxud üstləri yaxşı qızaranadək bişirin.
Kükü hazır olduqdan sonra üstünü öz səliqəmizlə (zövqümüzle) bəzəyerik(süsleriz).Şəkildəki(Resimdeki) kükü, yağda qızarmış soğan və zəriş –püstə və badamınan bəzənib.
"Nuş olsun"
Not:
*bu kükü tavada hazırlana biler,
uyqun bir tava hazırlayıb,yağı artırıb istiləşənə qədər gözləyerik,yağ hazır olduğunda əldə edilmiş qarışımı tavaya töküb, üstünü düzleşdirib və tavanın hər yerinə bir boyda yayarıq və ocağın normal odun da qızardarıq. Kükü qızardıqdan sonra dördə bölüb çevirib obiri üzündə qızardarıq,əlbəttə ki zövqə bağlıdır ki kükünü bütündə çevirə bilərik
Keine Kommentare:
Kommentar veröffentlichen