"Alça (Əlçə) Cəfəri Şorbası"
Güney Azərbaycan Yeməklərindən
"Alça (Əlçə) Cəfəri Şorbası"
Bu dadlı şorba "Daş Makı" şəhərinin uyqarlıqına (kültürünə) aid olna bir yeməkdir. Yaz yeməyi və çox rahat hazırlanan yemək türlərindən sayılır.
Lazım olanlar;
250 qram qram doğranmış Qoyun Əti,
4 dənə Yeralma (patates-kartofu),
150 qram Alça (əlçə- can erik),
1 bardaq doğranmış Cəfəri (maydanoz),
yarım bardaq Ləpə (kırık nohut),
2 qaşıq Rub (salça-tomat)
4 dənə Yaşıl Bibər (yeşil biber)
2 dənə Qırmızı badımcan (pomidor-bamador-domates),
1baş incə doğranmış (böyük) Soğan,
2 qaşıq Duru Yağ (sivi yağ),
2 çay qaşığı Sarıkök tozu (zerdeçal tozu),
gərəkdiyi qədər Duz, istiot (qara istiot-karabiber).
Hazırlanması:
Soğanı incə incə doğrayıb, uyqun bir qazana yağ töküb doğranmış soğanı qızardarıq.
Ət, duz və sarkökü də artırıb, əti yağda tov verərik.
Lazım olan qədər (3-4 bardaq) qaynar su artırıb, ətin pişməsinə izin verərik.
Ət yarı pişmiş dərəcəsinə gəldiyi zaman ləpəni yuvub, qazana artırarıq.
Ləpə pişdikdən sonra, Yeralma, Alçanı və Yaşıl Bibəri artırarıq.
Ayrı bir tava seçib yağ töküb,Rubbu qovurarıq.
Qovurlanmış rubbu, Cəfəri (maydanoz) və doğranmış qırmızı badımcan ilə birgə şorba qazanına artırarıq.
10-15 dəqiqədən sonra şorba hazırdır.
"Sinər olsun"
Keine Kommentare:
Kommentar veröffentlichen