Montag, 27. Juli 2015

"QURUT-QƏYLƏ" "Culfa -ƏLƏMDAR və GƏRGƏR"

QURUT-QƏYLƏ

Güney Azərbaycan Yeməklərindən 
"QURUT-QƏYLƏ" 
Bu dadlı yemək "Culfa -ƏLƏMDAR və GƏRGƏR" şəhərinin kültürünə aid olunan bir yeməkdir. QURUT-QƏYLƏ qədim zamanlarda  XINA GECƏSİ qız evi qonaqlara yemək kimi sadəcə QURUT-QƏYLƏ ısmarlıyardılar , amma indi bu adət dəbdən  düşüb və yerinə pilav-milav verilir, lakin yenə də bu dəbi unutmayanlar var və bu dadlı yeməyi pilava tərcih edənlər hələ də çoxdur.
QƏYLƏ Culfa -ƏLƏMDAR və GƏRGƏR" şəhərinin deyilişində QOVRULMUŞ Ətə deyilir və bildiyiniz kimi QOVURMA daha çox qoyun ətindən hazırlanır, indi çox da həssasiyət göstərilmir  və mal əti də işlənir.



6 kişilik (6 nəfər) QURUT-QƏYLƏ üçün : 
250 gram qoyun ətindən qəylə (qovurma-kavurma ), 
2 su bardağı göy lobiyə (Yaşıl lobya-yesil fasulye), 
1 kilo əzilmiş qurud (qurut-keş) (koyu-qəliz olmalıdır), 
1 başı-yarım su bardağı qaragöz lobiyə (qaragöz lobya-börülce), 
250 gram doğranmış reyhan, 
125 gram doğranmış cəfəri(maydanoz), 
125 gram doğranmış kəvər (Kəvər soğanı - pırasanın bir türü) (Sozu), 
1 iri baş narın-narın doğranmış soğan, 
2 dənə orta boy qənd(kesme şeker) ölçüsündə doğranmış qara badımcan(patlıcan),  
4 dənə orta boy qabığı soyulmuş və doğranmış qırmızı badımcan(bamador-pomidor domates), 
1 dənə acı bibər (azı-çoxu zövqə bağlıdır), 
lazımlı gədər əzilmiş sarımsaq, 
1 çay qaşığı sarıkök (zerdeçal), 
Duz - lazımi dərəcədə, 
lazimli qədər ət suyu,

Bəzək üçün: 
Sarımsaq və yağda qızardılmış soğan.

Hazırlanma Qaydası:


Bu yeməyi bişirmək  için hər şeydən öncə qaragöz lobiyəni (lobya-börülce) 1-2 saat öncədən suda isladarıq.


 Bir iri soğanı narın-narın doğrayıb bir qazanda qızardırıq və qızartdıkdan sonra sarıkökü (zerdeçal) artırarıq.



Sonra qızarmış soğanın üstünə ət suyu,göy lobiyə (yaşıl lobya-yesil fasulye) və qaragöz lobiyə (qaragöz lobya-börülce) də artırıb qaynadarıq və qaynamağa başladığında Ocağımızı vama ( az derece) ayarlarıq.


Lobiyələrimiz yarı-bişmiş olunca göyləri(aş tərəsini), acı biberi və hazır qəyləni (qovurma-kavurma) artırarıq.




10 dəqiqə sonra göyümüzün rəngi qoyulaşandan (tündləşəndən) sonra doğranmış qara badımcan(patlıcan) və doğranmış qırmızı badımcan(bamador-pomidor domates)artırarıq.




Hər bir şey bişdikdən sonra qurudu (qurut-keş) artırıb və 10 dəqiqə də yavaş-yavaş qarışdırırıq ki qurudumuz çürüməsin (kəsməsin).


Süsləmək üçün yağda qızardılmış sarımsaq və soğanla bəzəyin.
Yemək hazır olduqda süfrədə əzilmiş sarımsaq olmalıdır. Hər kəs öz zövqünə uyğun yeməyinə sarımsaq tökə bilər.



Sinər olsun!




*** Çoxları bu yeməyi duru edər ki süfrədə içinə quru çorək doğrasın*** 

*** bənddə QƏYLƏni artırdığımızda qeyd edək ki qəylə çiy ət deyil, çox gözəl qovrulmuş olur***

*** Yeməyə duz tökərkən çox ehtiyatlı olmalıyıq, çünki qurudumuz duzlu ola bilər və yeməyi duzlu ed bilər***

*** bu yeməyin acılığı onun özəlliklərindəndir***

*** yarma və noxud kəsinliklə bu yeməkdə qullanılmır ***










Keine Kommentare:

Kommentar veröffentlichen