Dienstag, 14. Juli 2015

Çiyələk jeləli ev tortu

Çiyələk jeləli ev tortu

Çiyələk jeləli ev tortu
(Tort:Keyk)


Lazım olanlar:
180 qram kərə yağı(tereyağı),
180 qram şəkər tozu, 
180 qram un,
3 dənə yumurta,
1 çay qaşığı qabartma tozu,
1 yemək qaşığ Vanil şəkəri 

Üstü üçün:
750 qram Çiyələk (çilek)
1 paket çiyələkli jelə
50 qram qara (siyah) şokolat (çikolata)

Bəzeyi üçün: 
Qabığı soyulmuş və doğranmış badam (badem)

Hazırlanması :

Bir qabda un və qabartma tozunu qarışdırarıq.


Ayrı İri qabda kərə və şəkər tozunu mikserlə çalarıq. (rəngi bir qədər açılmalıdır).



Yumurtları bir-bir  şəkər və kərəylə qarışıma (kütləyə) töküb mikserlə qarışdırmaya devam edərik.



Unu qaşıqla az az bu qarışıma (kütləyə) töküb qarışdırarıq.



Diametri 28 sm olan tart qabı götürüb kərə yağı ilə yaxşı yağlayırıq və üzerinə biraz un ələrik.



Xəmiri hazırladığımız qaba  boşaldıb yayarıq.



Fırını 175C də qızdırarıq.



Qalıbı (Formanı) fırının orta gözünə yerləşdirib tortu təxminən 20 dəqiqə pişirərik.



Hazır tort (keyk) içinə  cöp basıb çıxartdığınızda  cöp quru çıxırsa,tort hazırdır.



Tortun soyumasını gözlərik,soyuduqdan sonra tortu tərsinə cevirib,qalıbdan çıxardarıq.



Ayrı qazanda su qaynadıb,şokolatlı kasanı və ya qazanı su qaynayan qazanın üstünə yerləşdirərik
Su üstdəki qaba dəyməməlidir. Su qaynamağa davam etsin,  üstdəki kasadakı qarışımın əriməsi üçün qarışdırarıq.



Tort soyulduqdan sonra eridilmiş isti (sıcak) şokolatanı üstünə yayıb və soyumasını gözlərik.



Çiyələkləri yuyub və  saplarından ayırıb
4 yerə bölüb çiyələkləri tortun üzerine düzərik (dizeriz).



Çiyələkli jeləni paketin üzərindəki tərifə görə hazırlayıb və tortun üstünə töküb soyumasını gözlərik.



"Sinər olsun"

Not :
Üstünün bəzəyi üçün, istəyinizə bağlı mevsim meyvələrindən işlədə bilərsiniz.























Keine Kommentare:

Kommentar veröffentlichen