Ayran Aşı
Ayran aşı bütün Türk milletində yayılmış olan bir yeməkdir. Ayran aşı bir yeməkdir ki, onu həm qısın soyuğunda (isti) və həm yayın istisində (soyuq) yemək olar. Her yerin özünə özəl göyertiler olduğundan ayran aşıda bölgəden bölgəyə fərgli bişirlir.Ümumilikdə ayran aşı dağdan toplanınmış yabani göyərtilərinən bişirlir, dağ göyərtiləri ilin bəlirli aylarında olduğundan ayrı fəsilərdə aşı başqa göyertilernen bişirmək olar .Misal üçün bəzi bölgələrdə kəvər ( Təbrizdə Sozi), keşniş, cəfəri, süyüt, ispanaq, nanə işlənilir.
* Ayran asi həm noxudla, həm də noxudsuz hazırlana bilər.
* Ayran aşının digər növünə isə yagda qizardilmış xırda küftəciklər ( et masinda cekilmis et, sari kök, Zefran, rendelemis sogan) də əlavə edilir.
Ərzaqlar (Den döş)
200 qram doğranmış keşniş
200 qram doğranmış şüyüd
100 qram doğranmış ispanaq
1 kilo Ayran ( Hazır Ayranınız olmasa onda 500 qram turş qatıqı 750 ml. su ilə artırın və çalın .qatıq qatıdırsa daha çox su artirimaq (əlavə etmək) olar, durudursa, daha az)
1 yemək (xörək) qaşığı un
1 ədəd yumurta
2 Fincan yuyulmuş yumru düyü
1 ½ Fincan quru noxud (bir gün evel suda qoyun islansin)
Isdəyə (Zövgə) görə sarımsaq (men sarımsağı, ayrı qabada serviz ederemki her insan özü isdeyine göre istifa ede bilsin diye )
Isdəyə (Zövgə) görə duz
Nanə, bəzək üçün (zəruri deyil)
Haızirlanma Qaydası
Noxudu yumuşalanadək bişirib, suyunu suzün ve kənara qoyun.
Göyərtini Doğrayin
Doğranmış göyərtini süzgəcde qoyub yuyun . Əlinizlə sıxmayın, Süzgəci kənara qoyun.
Qazanda ayranı, un və yumurtanı qarışdırın. Düyünü artırın (əlavə edin). Taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra (vacibdir – yoxsa Ayran asi çürüyər) orta odda təxminən 10 dəqiqə qaynadın.
Qaynamağa başlayanda göyərtini artırın (əlavə edin) .
Arada qarışdıra-qarışdıra təxminən düyü yumuşalanadək bişirin.
Noxudu əlavə edib, qazanı kənara çəkin. Sonra isə ona duzunu artirin (əlavə edib) kasalarda süfrəyə verin.
Keine Kommentare:
Kommentar veröffentlichen