Yarpaq Dolması
Güney Azərbaycanda pişirlen dolmanın özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol bol göyərti və ədəvası dolmaya gözəl ətir qatır. Yarpaq dolması Türkiyə və bir sıra başqa ölkələrin mətbəxlərində də mövcuddur. Bu ölkələrdə yarpaq dolması adətən uzunsov şəkildə bükülür. Azərbaycan dolması isə kiçik və yumru şəkildə olur. Güney Azərbaycanda Yarpaq dolmasını həm ətlə hazırlanır həmdə ətsiz. Bu resept ətsizdir və ətli pişirmek isdeseniz o zaman aşadaki gördüyünüz ərzaklara 250 qram qiyma (ət maşınından çəkilmiş qırmızı ət) və 1 fincan yarma artırın.YARPAQ DOLMASI
Yarpaq Dolmasını hazrılamaq üçün lazım olanlar:
400 qaram xırda doğranməş kəvər(Kávar) ( Təbrizdə Sozi)
200 qaram xırda doğranmış şüyüd (bir dəstə)
200 qaram xırda doğranmış Mərzə (bir dəstə)
300 qram yumru düyü(2 fincan)
150 qram Ləpə (Noxud Ləpəsi) (1fincan)
2 yemək qaşığı Rub (Pamador Paste)
2 yemək qaşığı qatıq
3 orta baş xırda doğranmış və qızardılmış soğan
7 qram (2 yemək qaşığı) Yemək ədəvası (Xörək ədəvası)
3 xörək qaşığı ərinmiş kərə yağı
6 qram (1½ yemək qaşığı birəz çox)Sarı Kök
13 qram qızıl Gül tozu
1 qram İstiot
Duz
1 stəkan su
Yarpaq Dolmasının bəzəyi ücün:
2 dana doğranmış və yağda qızardılmış Soğan
3 yəmək qaşığı Zəriş (Ziriş )
Dolmanın içini hazırlamaq üçün ləpəni (Noxud Ləpəsi) pişirin, pişdikdən sonra suyunu tamamilə alın.
- 3 orta baş xırda doğranmış Soğanı yağda qızardın
- Qızılgülü tavada biraz qovrun və həvəngdə toz (pudra) olanacan oğun
-Pişmiş ləpəni (Noxud Ləpəsi), düyünü, mərzəni, şüyüdü, kəvəri ( Sozi), ərinmiş kərə (Torta) yağını, qatıqı, rub (Pamador Paste), qızıl Gül tozunu, Yemək ədəvası, Sarı Köku, duzu və istiotu bir qabda əlinizlə yaşxıca qarışana qədər yoğurun.
Yarpağı hazırlayın.
Əgər duza qoyulmuş yarpaqdan istifadə edirsinizsə: Yarpaqları suya çəkin ki, duzu yuyulsun. Sonra isə yarpaqların saplarını kəsin. Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumuşalması üçün onları isti suya qoyun özü yumuşanar və sonra suyunu süzün.
Əgər yarpaqlar böyükdürsə, onları ikiyə bölün.
Hər yarpağın ortasına təxminən 1-2 çay qaşığı içlik qoyun. Bir əlinizdə dolmanı tutun, o biri əlinizlə isə yarpağı yumruvari bükün.
Bükülmüş dolmaları qazana bir birinə yaxın və lay lay düzün.
Dolmaların üstünə birəz yağ (Torta) və suyu tökün. Axırıncı layın üstünə kiçik qapaq və ya qab qoyun ki, dolmalar pişdikləri vaxt açılmasınlar. Qazanın qapağını qoyun. Dolmanı vam odda təxminən 3 saat ərzində yavaş yavaş pişirin.
Bişmiş dolmanın içi və yarpağı yumuşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir.
Yarpaq Dolmasının bəzəyi ücün:
2 dana Soğan doğrayın və yağda qızardın
3 yəmək qaşığı Zəriş (Ziriş ) artırın
Dolmanı süfrəyə sarmısaqlı qatıqla verin. Sarımsaqlı qatığı hazırlamaq üçün qatıqla əzilmiş sarımsağı (miqdarı zövqə görə) qarışdırın.
Keine Kommentare:
Kommentar veröffentlichen