Samstag, 21. Juni 2014

Badambura
Badambura Azərbaycanın milli tatlı türlerinden biridir.

Lazım olanlar (Ərzaqlar):

Xəmir üçün:
1000 qram un
3 yumurta
200 q kərə yağı
3 yemək qaşığı xama
1 çay qaşığı quru maya (5 qram)
Aparanadək süd
1 yemək qaşığı şəkər tozu

İçlik üçün:
300 qram badam tozu
300 qram şəkər unu(şəkər pudurası)
1/4 çay qaşığı hel (hil)

Yağlamaq üçün:
300 qram kərə yağı

Üstünə şəkər unu(şəkər pudurası)

Hazırlanma qaydası:

İlk olaraq badamları dağ qaynar suda 5 dəqiqə saxlayırıq və qabığını soyuruq qoyuruq qurumağa. Quruduqdan sonra isə İçliyi hazırlamaq üçün badam maşından keçiririk, şəkər tozunu və hel(hil) qatırıq

Xəmiri hazırlayaq.

Südü qaba töküb ilıq qızdırırıq.

Yağı əridirik.

Mayanı ilıq süddə və 1 yemək qaşığı şəkər tozu qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.

Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edib qarışdırırıq.

Yumşaq xəmir yoğururuq.
Xəmirin üstünə dəsmal qoyub, adyala bükürük, 1-2 saat acımağa qoyuruq.

Xəmirdən 6 ədəd kündə düzəldirik.
Kündələrin üstünü örtüb bir neçə dəqiqə saxlayın ki, şişsin.

Hər kündəni mümkün qədər nazik yayın, yuxanı əlimiz ilə az dartıb böyüdürük yağlayıb bir-birinin üzərinə sərin.


Yağlanmış və üst- üstə yığılmış bu yuxaları şəkildəki kimi tarım rulet bükün. Hər ruleti eni 3 sm olmaqla iki bərabər hissəyə bölün..


Kəsilmiş bir lenti götürüb əlimizlə içini oval formada açırıq. İçinə 2 çay qaşığı içliktən qoyub bükürük. 
Bükülən tərəfi aşağıda olmaqla qaba kağız sərib yığırıq. 
Eyni qayda ilə hamısını hazırlayırıq.

170 °C -180 °C dərəcə qızdırılmış fırında (sobada) 20-25 dəqiqəyə bişiririk. Bişirərkən badamburaların üzü qızarmamalıdır ağ qalmalıdır.

Badamburalar tam soyuduqdan sonra üzərinə şəkər unu(şəkər pudurası) səpib süfrəyə verin.





Keine Kommentare:

Kommentar veröffentlichen