Göy xuruşu (Səbzi qovurma)
Göy xuruşu Güney Azərbaycanın ən xoşa gələn və sevilən xuruşllardandır,bu xuruşun əsli və önəmli dadı qorasuyu ilədir,quru lumu birdə lumu suyunun miqdarı qorasuyundan az olur,uzun sözün qısası ki əgər bu xuruşu dadsanız,bilirəm sevdiyiniz yeməklərin cərgəsinə keçəcək !
1 kg Qoyun əti
170 qram Qaragöz lobya (1stəkan)
500 qram cəfəri
500 qram kavar (kəvər) (Sozu)
2 yemək qaşığı rubb (Pamador Paste)
3 yemək qaşığı qora suyu
1 yemək qaşığı lumu suyu ( və ya quru lumu 2 dənə)
dəmlənmiş zəfəran lazım olan qədər
2 yemək qaşığı yağ
1 baş soğan
duz və istiot lazım olana qədər
Tərif :
1 baş soğanı xırda doğrayıb duz töküb, yağda qovururuq.
Soğan şəffaf olan kimi ətlə qarışdırıb qovurun.Ət bişəndən sonra, əti başqa bir qaba qoyub, işkənəsini (bulyonu) süzün.
Sonra qaragöz lobyaları bişirin, lobya tam bişməsin- çünkü 1 səfər sonrada xuruşun içində bişəcəkdir.lobyənin suyunu dəyişəcəyik ,çünkü suyunun rəngi qaralır və xuruşun rəngini qaralda bilər.
əyər qaragöz lobiyə işlədirsiniz 2 saat onu suda islatsanız yetərlidir,ama əyər qırmızı yoxsa çillobiyə işlədirsiniz 1gün öncədən isladın)
Bu arada göyləridə yarım snt doğrayın və yuyun,(bu göyə biraz nanə və keşnişdə əlavə edəbiliner)
Yağı qazana tökün göyləridə əlavə edin,göylərin yumuşanması üçün qazanın qapağını qoyun və ocağın yanından ayrılmayın çünkü 1dəqiqədə göylər yumuşanır və tez yanar.
Göylər yumuşanandan sonra qaragöz lobyələri əlavə edin.
Əti,rubbu(Pamador Paste),qorasuyunu,lumu suyunu,duz, istotu, zəfəranı, bir bardaq suda əlavə edin qazanın qapağını bağlayın,yarım saat bişməyə davam etsin.
10 dəqiqə ocağı söndürmədən öncə qırmızı badımcanı(Pamidoru) 2 dilim edib xuruşa əlavə edirik, Azərbaycanın xuruşlarında qırmızı badımcanın(Pamidorun) özəl yeri vardır.
Umumiyyətlə quru lumunu qırıb toxumların ayırıb və içini toz edib xuruşlara işlədərik,bu xuruşada 1 yemək qaşığı yetərlidir yoxsa quru lumuda işlənir,belə ki quru lumunu yuvub qabığını kard ilə qırıb işlədə bilərik,əlbəttə bu dadlar hər kəsin zövqünə bağlıdır.Mən qora suyunu daha çox sevirəm bu xuruşda.
Bu xuruşa əlçə qaxıda işlədə bilərsiniz,belə ki onu yuvub və isladıb,15dəqiqə söndürməyə qalan xuruşa əlavə edərik.
Keine Kommentare:
Kommentar veröffentlichen