Donnerstag, 25. Dezember 2014

Aypara Qurabiyəsi

Aypara Qurabiyəsi 

Aypara Qurabiyəsi - Alman Qurabiyəsi (Vanillekipferl)


Sonntag, 7. Dezember 2014

Təbriz Kələm Dolması

Təbriz Kələm Dolması

Bu,Güney Azərbaycanda bişirilən kələm dolmasının bir növüdür.

Kələm Dolması -  Not: Dolmalıq kələm seçəndə eləsini seçin ki, yarpaqları bir-birinə sıx olmasın. Bu cür kələmin yarpaqlarını zədələmədən bir-birindən ayırmaq asan olur.

Içi üçün: 


Samstag, 8. November 2014

“Sarı şilə”

“Sarı şilə”

“Sarı şilə” Bu desert (deser) Güney Azərbaycanın hər bölgəsində özəl törənlərdə hazırlanan bir desertdir. Bu reseptdə ölçülər düyü ölçüsü ilə yazılıbdır, istəyinizə görə artırıa və ya azalda bilərsiniz. Düyü ölçüsü 250 ml boyutunda olan bardaqdır.
Not:


Montag, 3. November 2014

Padrazı Şirnisi (tatlısı)

Padrazı Şirnisi (tatlısı)

Padrazı Şirnisi (tatlısı)
Bu şirni Güney Azərbaycanın Qəzvin şəhərinin qədim və yerli şirnilərindən sayılır.

Lazım olanlar:


Samstag, 25. Oktober 2014

Yerkökü Qayqanağı

Yerkökü Qayqanağı


Yerkökü Qayqanağı (Keşir-Havuç omleti )
 Qayqanağın Güney Azərbaycan süfrələrində  bambaşqa yeri vardır, Belə demək olar ki, hər bir Türk Güney Azərbaycan xanımının qoçaqlığı və bacarığı ilə dadlı və ləziz yeməklər və qayqanaqlar hazırlanır. Güney Azərbaycanda Qayqanaq çox qədim desert ailəsindən sayılır və hər bir Güneyli türk xanım heç olmazsa bir çeşit qayqanağı bişirməyi  bacarır.
Amma nə yazıq ki qayqanağın yerini yeni gələn deserlər alıblar. Biz kəsinliklə yeniləşmə və gəlişməyə qarşı deyilik, öz yeməklərimizin yanında başqa yeməkləri öyrənib ,bişirib və dadmaq çox gözəl və doğru bir işdir,ama öz yeməklərimizi unutmamaq şərtilə.

Lazım olanlar:


Dienstag, 21. Oktober 2014

Kələm Aşı (Yırtıxlı) - Lahana Aşı

Kələm Aşı (Yırtıxlı) 
  

Kələm Aşı (Yırtıxlı)   -  Lahana Aşı
Bu aş Güney Azərbaycanın Urmu şəhərinə aid olan yeməkdir.
Kələm aşı  (sorba) haqda kiçik açıqlama:  bu aş Urmunun yerli yeməklərindən biridir ki, adına Yırtıxlı aş da deyilir. Urmulular bu yeməyi çox bişirərlər və onun dadını çox sevirlər.

4 nəfərlik Kələm Aşı üçün :
Lazım olanlar:


Donnerstag, 16. Oktober 2014

Südlü Plov (Sütlü Pilav)

Südlü Plov (Sütlü Pilav)

Südlü Plov bir türk yeməyidir və daha çox Təbrizə və ya Ərdəbilə  xas yemək olduğunu deyirlər. Bu yeməkdə süd istifadə olunduğu üçün ona Südlü plov deyilir (süd türkcə bir sözdür).
4 nəfərlik Südlü Plov yeməyinin tərifi (resepti): 
( bişirmək üçün: 30 dəqiqə; gözləmə müddəti: 1 saat )

Lazım olanlar: 


Sonntag, 12. Oktober 2014

Sozu Küküsü ( kavar (kəvər) küküsü- sebze küküsü)

Sozu Küküsü ( kavar (kəvər) küküsü- sebze küküsü)


Lanzım olanlar:


Sonntag, 5. Oktober 2014

Köməç (komaş) çöreyi

Köməç (komaş) çöreyi


Köməç (komaş) çöreyi
gömeç.Qədim(eski) zamanda külə quylanaraq pişirilən girdə, şişik kökə, əkmək.
göməç. köməç (< gömmək).

Lanzım olanlar:


Freitag, 3. Oktober 2014

Yaşıl Lobiyə boranısı

Yaşıl Lobiyə boranısı


Güney Azərbaycan Yeməklərindən
Yaşıl Lobiyə boranısı (yeşil fasulye karışımı)
Bu yemək Urmu bölgəsinin qədim(eski) və yerli yeməklərindəndir.

Lazım olanlar:


Montag, 29. September 2014

Binab Yerkökü və lobiyə xuruşu (qarası)

 Yerkökü və lobiyə xuruşu

Güney Azərbaycan yeməklərindən
Binab şəhərinin 
Yerkökü və lobiyə xuruşu (qarası)
Bu xuruş(qara) Güney Azərbaycanda binab şəhərinin ən qədim və yerli yeməklərindən sayılır və törənlərdə pişirilirmiş,ama nə yazıq ki bu yemək unutulmaq üzərədir,və onun yerini bir neçə təkrarlı yemək alıbdır.

Lazım olanlar:


Freitag, 26. September 2014

Tel əriştə şorbası

Tel əriştə şorbası
Güney Azərbaycan Yeməklərindən
Tel əriştə şorbası (Tel Şehriye çorbası- Vermişel supu)
Bu şorba (çorba-sup) Güney Azərbaycan'da qədimdən (eskiden) pişən, sevilən və bəyənilən şorbalardan (çorbalardan-suplardan) birisidir.

Lazım olanlar:


Montag, 22. September 2014

Çay Çörəyi

Çay Çörəyi


Bu çörək Zənqan şəhrinə aid bir çörəkdir və adından bəlli çay ilə birgə yeyilir,və açıqca açıqca tam Zənqana və qəzvinə aid olan bir çörəkdir.bu çörək dadlı və çox rahat hazırlanır.

Xəmir üçün azım olanlar:


Samstag, 20. September 2014

Qara badımcan murabbası

Qara badımcan murabbası


Qara badımcan murabbası (reçeli) bütün Türk milletində yayılmış olan bir murabbadı (reçeldi).

Not: Demeliyem ki,  bu murabbanı (reçeli) bə'zən bə'zi yerlərdə badımcanı bir gecə əvvəldən sönmüş kireç (əhəng) suyuna yatırdırlar və sonra yaxşıca yuyurlar.Mən kiraç (əhəng) kullanmadım.

Qara badımcan murabbası (reçeli) üçün lazım olanlar:


Sonntag, 14. September 2014

Piçaq Qıyma

Piçaq Qıyma


Güney Azərbaycan Ərdəbil yeməklərindən
Piçaq Qıyma xuruşu (qarası)
Qiymə özü Türkcə sözdür. qiymə yəni balaca doğranmış ət.
kıymaktan gəlir.sözcük kökü * Kıy * dır. kəsmək-kiçik parçalara ayırmaq.kıyım-qıymaq-qıyma hamısı Kıy kökündən gəlmişdir və öz türkçedir.

Piçaq Qıyma hazrılamaq üçün lazım olanlar:


Montag, 8. September 2014

Palda

Palda


Məsqətiyə bənzəyən, amma biraz şol (duru)və yağsız hazırlanan palda  Güney Azərbaycanın qədim (eski) deserlərindən sayılır.
bu deser döyülmüş cəvizle (girdəkan-qoz) daha dadlı olur.Bildiyimə görə Təbrizdə və Güney Azərbaycanın başqa şəhərlərində bu deseri çillə gecəsi damad (kürəkən-yeznə) ailəsi qız (gəlin) evinə, xonça və pay olaraq göndərir.

Paldaya lazım olanlar:


Samstag, 6. September 2014

Çəhmə aşı (Təndir aşı)

Çəhmə aşı (Təndir aşı)


"Çəhmə aşı (Təndir aşı)"
bu yemək Mərənd şəhrinə aid bir yeməkdir.
Çəhmə aşı Azərbaycanın qədim (əski) yeməklerindən

Çəhmə aşı (Təndir aşı) hazrılamaq üçün lazım olanlar:


Sonntag, 31. August 2014

Qatıq Aşı

Qatıq Aşı 
Qatıq Aşı bütün Türk milletində yayılmış olan bir yeməkdir. Qatıq Aşını həm isti  həm soyuq yemək olar. Her yerin özünə özəl göyərtilər olduğundan dolayı , Qatıq Aşıda bölgədən bölgəyə fərgli pişirlir.
Qatıq aşı Ayran aşı ilə (dovğa) qarışdırmayın Qatıq Aşı fərqili pişirilir.
Ayran aşının(dovğanın) qatıqı qaynadılır qatıq aşının qatığı qaynadılmır.


lazım olanlar:


Mittwoch, 27. August 2014

Ərdəbil Lətifə şirnisi

Lətifə şirnisi
Ərdəbil Lətifə şirnisi(tatlısı) 

lazım olanlar:


Samstag, 23. August 2014

Zoğal Aşı

Zoğal Aşı


Güney Azərbaycan yeməklərindən
Zoğal Aşı (zoğal əxtə) (kızılcık aşı)
(Kəleybər-Qardağ  yeməklərindən)

Bu aş,turş (ekşi) sevənlər üçün uyğun bir aşdır,deməliyəm bu yemək vitamin ilə doludur,çox rahatda hazırlanır.


Sonntag, 17. August 2014

Qiymə Xuruşu (Qarası)

Qiymə Xuruşu (Qarası)
Qiymə özü Türkcə sözdür. qiymə yəni balaca doğranmış ət. 
kıymaktan gəlir.sözcük kökü * Kıy * dır. kəsmək-kiçik parçalara ayırmaq.kıyım-qıymaq-qıyma hamısı Kıy kökündən gəlmişdir və öz türkçedir.Özbək, Uyğur, Azərbaycan və Türkiyə Türkçələrini də kıyma, qıyma deyə keçər. 



Samstag, 16. August 2014

Zanbaq süslü Ballı Tort (Keyk)

Zanbaq süslü Ballı Tort (Keyk)
Quzey Azərbayan Üsulu Ballı Tort (Keyk) 
Bu Tort (Keyk) olduqca ləzzətli olur.
Ballı Tort (Keyk) reseptini Az Cookbook səhifəsindən götürmüşəm, lakin reseptdə dəyişiklik etdim.

ADDIM 1 – Kremi hazırlayın
Krem üçün lazım olanlar:
500 ml süd
200 qram şəkər tozu (1 stəkanı, mən yarım stekan işlədim)
200 qram kərə yağı
1 yemək qaşığı un
1 paket vanil
2 yemək qaşığı nişasta



Freitag, 15. August 2014

Fındıq - Şokolat -Tort (Alman Tort)

Fındıq - Şokolat -Tort (Alman Tort)
Fındıq - Şokolat -Tort (Alman Tort)
(Tort:Keyk)

Lazım olanlar:


Samstag, 2. August 2014

Yerkökü xuruşu

Yerkökü xuruşu


Yerkökü (Kök) xuruşu (qarası)


Dienstag, 29. Juli 2014

Düyü Əduvası

Düyü Əduvası


Düyü Əduvası  (Plov Əduvası)


Sonntag, 27. Juli 2014

İçli Qayqanaq

İçli Qayqanaq


İçli Qayqanaq hazrılamaq üçün lazım olanlar:


Freitag, 25. Juli 2014

Qurud aşı

Qurud aşı


“Qurud aşı” Ən ləzətli aşlardan birisi Qurud aşını cəsarət ilə deyə bilərəmki çoxlu tərəfdarı var və  demek olarki qurud aşının daha ləzətli edən səbəbi qurudun təzə (yeni) və ləzətli olmasına bağlıdır.


Sonntag, 20. Juli 2014

Əhəri Şirnisi

Əhəri Şirnisi
Əhəri Şirnisi - Güney Azərbaycan şirniləri

Əhəri şirnisi hazrılamaq üçün lazım olanlar:


Samstag, 12. Juli 2014

Qara Badımcan və Bibər dolması

Qara Badımcan və Bibər dolması 

Dolma adından bəlli olduğu kimi bir Türk yeməyidir, hər bölgə onu öz gələnəklərinə görə dəyşik pişirirlər. Mən burada onun Təbrizdə necə pişirilməsini anladacağam . 

Qara Badımcan və Bibər dolması hazrılamaq üçün lazım olanlar:


Mittwoch, 9. Juli 2014

Təbriz Kotleti

Təbriz Kotleti


Təbriz Kotleti hazrılamaq üçün lazım olanlar:


Dienstag, 1. Juli 2014

Zəfəranli Löüz şirnisi

Zəfəranli Löüz şirnisi
Zəfəranli Löüz şirnisi - Təbrizin qurabiyyəsindən sonra ikinci yerdə olan məşhur şirnisi

Zəfəranli Löüz şirnisi hazrılamaq üçün lazım olanlar:


Freitag, 27. Juni 2014

Göy xuruşu (Səbzi qovurma)

Göy xuruşu (Səbzi qovurma)


Göy xuruşu Güney Azərbaycanın ən xoşa gələn və sevilən xuruşllardandır,bu xuruşun əsli və önəmli dadı qorasuyu ilədir,quru lumu birdə lumu suyunun miqdarı qorasuyundan az olur,uzun sözün qısası ki əgər bu xuruşu dadsanız,bilirəm sevdiyiniz yeməklərin cərgəsinə keçəcək !


Göy xuruşu hazrılamaq üçün lazım olanlar:


Dienstag, 24. Juni 2014

Əriştə

Əriştə


Bu yemək Azərbaycanın ənənəvi və yerli yeməklərindən biridir. Qədim zamanlarda Azərbaycanda düyü çox olmazdı və xalq yeməklərinin çoxunu buğda unu ilə hazırlardı. Əriştə üçün unu su və duzla qarışdırırb xəmir yoğurardılar və kündələr düzəldərək bir vərdənə (oxlov) ilə sonunda əriştə kimi kəsərdilər. Bu əriştələri iplərdə asardılar ki qurusun.
(Indi artıq hər şey maşınlarla edilir və əriştələri maşınlarla hazırlayırlar və qurumuş əriştəni bir az qovururlar ki rəngi qəhvəyiyə çevrilsin və bu əsriştəni bir çox yeməklərdə işlədirlər. O cümlədən Əriştə Şiləsi, Əriştə-plov, şorba, və bir də bugün sizə öyrədəcəyim yemək)
Bu yeməyi Azərbaycanın ənənəvi makaronunusu(makaronu) adlandırmaq olar. Mübaliğəsiz deyirəm: məncə bu yemək hətta makaronidən də ləzzətlidir. Ağır yemək sayılmır və asanlıqla həzm olunur. Bu yeməyin ən önəmli nöqtəsi onun əriştəsinin keyfiyyətidir ki gərək unu keyfiyyətli növdən olsun və dəqiq hazırlanmalıdır, yəni xəmiri özünü gərək yaxşı tutsun və əriştə gərək yaxşı qovrulsun ( yəni nə çox xam olsun nə də ki çox qovrulsun çünkü çox qovrulsa acı olacaq). Bazarda toplu olaraq satılan əriştələrdən də istifadə edə bilərsiniz, amma onun təmiz olmasından əmin olmaq lazımdır. Bir də əriştə alarkən diqqət edin ki, əriştənin tamı və qoxusu köhnə və yanmış olmasın.


Əriştə hazrılamaq üçün lazım olanlar: 3 nəfərlik 


Samstag, 21. Juni 2014

Badambura
Badambura Azərbaycanın milli tatlı türlerinden biridir.

Lazım olanlar (Ərzaqlar):

Xəmir üçün:
1000 qram un
3 yumurta
200 q kərə yağı
3 yemək qaşığı xama
1 çay qaşığı quru maya (5 qram)
Aparanadək süd
1 yemək qaşığı şəkər tozu

İçlik üçün:
300 qram badam tozu
300 qram şəkər unu(şəkər pudurası)
1/4 çay qaşığı hel (hil)

Yağlamaq üçün:
300 qram kərə yağı

Üstünə şəkər unu(şəkər pudurası)

Hazırlanma qaydası:

İlk olaraq badamları dağ qaynar suda 5 dəqiqə saxlayırıq və qabığını soyuruq qoyuruq qurumağa. Quruduqdan sonra isə İçliyi hazırlamaq üçün badam maşından keçiririk, şəkər tozunu və hel(hil) qatırıq

Xəmiri hazırlayaq.

Südü qaba töküb ilıq qızdırırıq.

Yağı əridirik.

Mayanı ilıq süddə və 1 yemək qaşığı şəkər tozu qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.

Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edib qarışdırırıq.

Yumşaq xəmir yoğururuq.
Xəmirin üstünə dəsmal qoyub, adyala bükürük, 1-2 saat acımağa qoyuruq.

Xəmirdən 6 ədəd kündə düzəldirik.
Kündələrin üstünü örtüb bir neçə dəqiqə saxlayın ki, şişsin.

Hər kündəni mümkün qədər nazik yayın, yuxanı əlimiz ilə az dartıb böyüdürük yağlayıb bir-birinin üzərinə sərin.


Yağlanmış və üst- üstə yığılmış bu yuxaları şəkildəki kimi tarım rulet bükün. Hər ruleti eni 3 sm olmaqla iki bərabər hissəyə bölün..


Kəsilmiş bir lenti götürüb əlimizlə içini oval formada açırıq. İçinə 2 çay qaşığı içliktən qoyub bükürük. 
Bükülən tərəfi aşağıda olmaqla qaba kağız sərib yığırıq. 
Eyni qayda ilə hamısını hazırlayırıq.

170 °C -180 °C dərəcə qızdırılmış fırında (sobada) 20-25 dəqiqəyə bişiririk. Bişirərkən badamburaların üzü qızarmamalıdır ağ qalmalıdır.

Badamburalar tam soyuduqdan sonra üzərinə şəkər unu(şəkər pudurası) səpib süfrəyə verin.





Mittwoch, 18. Juni 2014

Təbrizin Zəncəfilli Yağlı Kökəsi (Kükə)

Təbrizin Zəncəfilli Yağlı Kökəsi (Kükə)


Lanzım olanlar (Ərzaqlar)
20 qram yaş Maya ( 7 gr. quru toz maya)

2 stəkan ilıq süd (450 ml.)

200 qram kərə yağı- əridib soyudun

150 gram qatıq (1 Fincan)

6 stəkan yarım un (yumşaq xəmır alınana qədər un)

20 qram şəkər tozu (1 yemək qaşığı)

2 çay qaşığı duz

3 yemək qaşığı zəncəfil (30 qram)

1 ədəd yumurta - otaq hərarətində

Üstünə Yumurta sarısı -Süd ve Zafran, küncüt

Bir qabda mayanı yarım stəkan süddə və şəkər tozunu həll edib 10 dəqiqəlik kənara qoyun. 

Ortasına mayalı qarışığı, qalan stəkan südü, yumurta, qatıqı və kərə yağını artırın (əlavə edib) xəmir yoğurun. Alınan xəmir çox bərk olmamalı, amma eyni zamanda da ələ yapışmamalıdır.

Xəmiri qaba qoyub üstünə dəsmal örtün və qoyun kənarda gəlsin, təxminən 2 saat ərzində.


Gəlmiş xəmiri bölüb kündələyin (Kündənin ağrlığı 100-150 qram) 

İri fırın qabına yağlı kağızı sərin ya da yağlayın. 
Çörəkləri fırın qabına yerləşdirin. Üstlərini çay dəsmalı ilə örtüb qalxmaları üçün yarım saatlığına kənara qoyun. 


Yumurta sarısı, zəfəranı ve südü çəngəllə qarışdırıb çörəklərin üstünə (səthinə) çörtkələ çəkin. Bir stəkanla naxış vurun sonra isə küncüt səpin.

Fırını 160 °C 170 °C dək qızdırın.
Çörəkləri fırının orta hissəsində 30-35 dəqiqə ərzində, və yaxud üstləri yaxşı qızaranadək bişirin.