Montag, 24. August 2015

Qurudlu (qurut-keş) Qarabadımcan(Patlıcan) əzməsi - Zəngan

Qurudlu (qurut-keş) Qarabadımcan(Patlıcan) əzməsi 


Güney Azərbaycan Yeməklərindən

Qurudlu (qurut-keş) Qarabadımcan(Patlıcan) əzməsi

Bu yemək Zəngan Şəhərinə aid bir yeməkdir.



Sonntag, 16. August 2015

Yerkökü Aşı ( Yerli adı Hövüco Aşı-Keşir Aşı )

Yerkökü Aşı ( Yerli adı Hövüco Aşı-Keşir Aşı )


Güney Azərbaycan Yeməklərindən

Yerkökü Aşı ( Yerli adı Hövüco Aşı-Keşir Aşı)
Bu aş Laləcin şəhərinə aid olan bir yeməkdir .

Laləcin şəhəri -Həmədanın quzeyində yerləşən bir şəhərdir. Ortadoğu'da keramika və dulusçuluğun mərkəzi kimi tanınır. Laləcin xalqı çox sayıda bu məsləklə məşğuldur. Şəhər Həmədandan 20 km., Bahardan 9 km, məsafədə yerləşir və Güney Azərbaycan şəhəri sayılır.


Montag, 3. August 2015

"Çil lobiyə xuruşu-qarası" Bu yemək Urmu şəhərinin qədim (eski) yeməklərindən sayılır.

"Çil lobiyə xuruşu-qarası"

Güney Azərbaycan Yeməklərindən
"Çil lobiyə xuruşu-qarası"
(Fasulye karışımı)
Bu yemək Urmu şəhərinin qədim (eski) yeməklərindən sayılır.



Montag, 27. Juli 2015

"QURUT-QƏYLƏ" "Culfa -ƏLƏMDAR və GƏRGƏR"

QURUT-QƏYLƏ

Güney Azərbaycan Yeməklərindən 
"QURUT-QƏYLƏ" 
Bu dadlı yemək "Culfa -ƏLƏMDAR və GƏRGƏR" şəhərinin kültürünə aid olunan bir yeməkdir. QURUT-QƏYLƏ qədim zamanlarda  XINA GECƏSİ qız evi qonaqlara yemək kimi sadəcə QURUT-QƏYLƏ ısmarlıyardılar , amma indi bu adət dəbdən  düşüb və yerinə pilav-milav verilir, lakin yenə də bu dəbi unutmayanlar var və bu dadlı yeməyi pilava tərcih edənlər hələ də çoxdur.
QƏYLƏ Culfa -ƏLƏMDAR və GƏRGƏR" şəhərinin deyilişində QOVRULMUŞ Ətə deyilir və bildiyiniz kimi QOVURMA daha çox qoyun ətindən hazırlanır, indi çox da həssasiyət göstərilmir  və mal əti də işlənir.


Dienstag, 14. Juli 2015

Çiyələk jeləli ev tortu

Çiyələk jeləli ev tortu

Çiyələk jeləli ev tortu
(Tort:Keyk)


Sonntag, 12. Juli 2015

"Alça (Əlçə) Cəfəri Şorbası" "Daş Makı"

"Alça (Əlçə) Cəfəri Şorbası"

Güney Azərbaycan Yeməklərindən
"Alça (Əlçə) Cəfəri Şorbası" 
Bu dadlı şorba "Daş Makı" şəhərinin uyqarlıqına (kültürünə) aid olna bir yeməkdir. Yaz yeməyi və çox rahat hazırlanan yemək türlərindən sayılır.



Mittwoch, 1. Juli 2015

Turş Aş

Turş Aş

Güney Azərbaycan Yeməklərindən
Turş Aş
Bu tür Aş Xoy şəhərinə aid olan bir yeməkdir.



Sonntag, 21. Juni 2015

Şəkərli Çörək -Yerəl Sava (Sa'və) şirinisi (tatlısı)

 "Şəkərli Çörək - Qutab"
Bu şirni (tatlı) ,çörək türü Sava şəhərinin yemək mədəniyətinə aitdir. Şəkərli çörəyin ikramı bayramlarda, şənlik törənlərində olur.


Freitag, 29. Mai 2015

Qara badımcan(Patlıcan) Xuruşu (qarası-karışımı)

Qara badımcan(Patlıcan) Xuruşu (qarası-karışımı)


Güney Azərbaycan Yeməklərindən 

Qara badımcan(Patlıcan) Xuruşu (qarası-karışımı)



Samstag, 16. Mai 2015

Alça xuruşu (Əlçə -Can erik ) (qara-karışımı)

Alça xuruşu (Əlçə -Can erik ) 
(qara-karışımı)



Alça xuruşu (Əlçə -Can erik )
(qara-karışımı)
Bu yemək türü, çox rahat hazırlanan və yay -yaz yeməyi, plovla servis olunur və Güney Azərbaycanın hər bir şəhər ya da bölgələrində fərqili yöntəm ilə hazırlanır.




Montag, 4. Mai 2015

Buğda Aşı (Hədik Aşı)

Zəngan şəhərinin Buğda Aşı (Hədik Aşı) 


Zəngan şəhərinin Buğda Aşı (Hədik Aşı)
Bu aş bir neçə üsulla hazırlanır və Zənqan şəhərinə aid olan bir aşdır.



Mittwoch, 22. April 2015

Pəxlə plovu maçayla (paxla plov - bakla pilavı incikle)

Pəxlə plovu maçayla

Güney azərbaycan yemeklərindən - Pəxlə plovu maçayla


Montag, 6. April 2015

Urmu Gözləməsi

Urmu Gözləməsi


“Urmu Gözləməsi”
Deməliyik bu yemək  Urmu şəhərinə aid olan bir yeməkdir,bu yemək çox qədim və əski zamanlara qayıdır və dadı bir Urmulular üçün bam başqadır !
Və əlbəttə ki hazırlanması çox asantdır.




Mittwoch, 18. Februar 2015

Qaşqayı (Kaşkayı) - Lay Plov

Lay Plov


Qaşqayı Türkləri — İranın güney-doğu, əsasən Fars ostanında yaşayan Türk elat tayfasıdır. 

(Kaşkayılar, Güneydoğu İran'ın Fars eyaletinde, özellikle Şiraz çevresinde yaşayan ve hele ağırlıklı olarak göçebe bir Türk halkıdır. Azerbaycan Türklerinden sonra İran'daki en qalabalık Türk grubudur.
Göç rotaları yazın Şiraz'ın yaylaları (yaylak) ile qışın Basra Körfezinin ovaları (kışlak) arasındaki 480 - 1.000 km'lik bir alandır.)


Sonntag, 8. Februar 2015

Təbriz Qablısı

Təbriz Qablısı


Güney Azərbaycan yeməklərindən
Təbriz Qablısı

Lazım olanlar:
330 qram düyü(pirinç),
160 qaram iri plovluq yarma (pilavlık bulgur)
80 qram doğranmış plov əriştəsi (erişte) 
150 qram mərcimək (yeşil mercimek)
3 baş soğan (kuru soğan)
2 çay qaşığı sarıkök (zerdeçal tozu),
lazım olan qədər yağ və duz (tuz).

Qablının üstünə lazım olanlar:
Pişmiş maça əti(kuzu incik),
16 dənə xurma, 
10-15 dənə quru ərik (kuru kayısı),
2 baş soğan,
sarıyağ(kere yağı),
2 yemək qaşığı dəmlənmiş zəfəran (demlenmiş safran).

hazırlanması:


Əvvəlcə mərciməyi təmizləyib yuduqdan sonra yumuşalanadək pişirib, suyunu süzgəcdə süzün ve kənara qoyun.



Soğanları iri- iri doğrayıb yağda yaxşı qızardıb,yumuşalana qədər dəvam edərik.


Sarıkökü artırıb yenə də qarışdırmaya dəvam edərik. (o qədər ki soğan yanmasın və sarıkökün rəngi dəyişməsin).


Düyü və yarmanı yuvub yağ soğana artırıb,həmən arxasından pişmiş mərciməyi də artırarıq.


3 bardaq su və duzu artırıb ocağın odunu (ateşini) orta edərik,ocağın altı gür olursa su tez buxar olar və vam(az) olursa duyu xəmir olar o üzdən ocağın altını orta edərik.
Qarışım birbirinə yapışmasın diyə arada bir qarışdırarıq.


Əriştəni yuvub sonra qarışıma  artırarıq, qovurulmuş əriştə şor(çok tuzlu) olar ona görə yuyulduğu zaman şorluğu(tuzluluğu) alınır.

Qablının suyu çəkildikdən sonra , düyünün üstünə yağ gəzdirərik və dəmliyini üstünə qoyub düyünü dəmə qoyarıq.
Plov dən den(tane tane) çıxsın və birbirinə yapışmasın diyə düyü dəmləndikdən sonra 10 dəqiqə qazanın qapağın açmamalıyık .


Plovun üstünün hazırlanması:

Soğanı doğrayıb yağda yaxşıca qızardarık.
Soğanın rəngi biraz dəyişdikdən sonra qurudulmuş ərik, demlenmiş zəfəran və xurmanı yağa töküb tov verərik.


Eti öncədən pişirdikdən sonra  zəfəranı artırarıq.


Hazırladığımız qablını istədiyimiz qaba çəkib və üstünə hazırladığımız qarışımla bəzərik.


Not*
*Bu yeməkdə ət və zəfəranın olması gərək deyil,bu yemək rəngini sarıkökdən alır.
*Bu yemək üçün sarıyağ (kere yağı)daha yaxşıdır.
*Üstünə bəzən kişmiş də işlənir, əlbəttə üstünün hazırlanmasına da çoxlu gərək yoxdur, deməliyik tam zövqə bağlıdır.





















Sonntag, 1. Februar 2015

Mittwoch, 28. Januar 2015

Kəklikotu aşı (Kekik aşı)

Kəklikotu aşı (Kekik aşı)


Güney Azərbaycan yeməkləri
(Qardağ  yeməklərindən)
Kəklikotu aşı (Kekik aşı)
Qaradağda bu aş çox vaxtlar güz (Payız -Sonbahar) və qışda bişirilər.Kəklikotu bitkisindən istifadə olunmasına görə istilik yeməklərindən sayılır.




Samstag, 24. Januar 2015

İçli Fətir çörəyi



“İçli Fətir çörəyi”
Fətir çörəyi Güney Azərbaycanda qədim(eski) dönəmlərdən qalmış ərməğandır,bu çörək təndirdə hazırlanırmış, amma indi isə evlərdə olan fırınlarda da hazırlanır.Nə yazıq ki bu çörəklər unudulub və tarixlərə yazılır. Bu tarif (resept) az olmuş olsada bir daha Fətir çörəyinin xatırlatmasına yararı toxunmasının umudu ilə yazılıb və yapılıb.


Sonntag, 18. Januar 2015

Toyuq Küküsü

Toyuq Küküsü


Güney Azərbaycan yeməklərindən
Toyuq Küküsü (Tavuk Küküsü)

Bu Kükü Güney Azərbaycanda gəlinlərə pay gedən xonçalara və qonaqlıq məclislərində süfreye qoyulan bir yeməkdir.Gözəl görünən və dadına doyulmuyan kükünün hazırlanması asantdır.


Sonntag, 11. Januar 2015